Ginza Project-in “The Repa” restoranında modelyer Alyona Axmadullinanın interyer dizaynı


 

Sankt-Peterburqda rus mәtbәxini tәmsil edәn yeni lüks The Repa restoranı fәaliyyәtә başlayıb. Qeyd edək ki, Ginza Project rəhbərliyi ilə açılan restoranın ismi tәsadüfәn seçilməyib. Turp- sən demə, planetdә әn qәdim tәrәvәz  mәhsuludur vә slavyanların rasionunda ҫox ӧnәmli yer tutur.

Restoranın füsunkar gӧrünüşü isә Alyona Axmadullinanın rәhbәrliyi altında dizayn edilib. Lüks mәkanın dizaynında əsas qaynaq şimal minimalizmi, teatrdan əfsanəvi obrazlar və ultramodern təsvirlərdir. Beton divarlarda Andrey Remnyovun әsәrlәrinin işlәnmәsi olduqca kreativ gӧrüntü ortaya ҫıxarıb. Dizayner pәrilәr dünyasından ilhamlanmaqla divar rәsmlәrinin dekorunu kreslolarda, divanlarda və masalardakı istifadə olunan qablarda davam etdirir. The Repa-nın lәziz yemәklәri aşpaz Ruslan Stupitskiyin qızıl әllәri ilә hazırlanır. Ümumilikdə menyuda mövsümdən asılı olaraq 30-40 yemək təqdim olunur.

Hazırladı:Ülkәr Kazımlı

 
 





Şərhlər

Menyu