İtaliyanın 4*-lu müalicəvi Savoi termal və spa oteli


 

Abano Terme İtaliyanın әn mәşhur termal kurortlarından biridir. Abanonun spa terminal kurortunu sizlәrlә tanış etmәdәn ӧncә, şәhәrin görməli məkanlarını bӧlüşmәk istәyirik. Bura İtaliyanın ӧz mәdәniyyәti vә tarixinә gӧrә, əsrlər öncə Roma imperiyasından vә dünyanın 4 bir yanından gәlәn turistlәri cәlb edib. Abano şәhәrinә sәfәr edәrkәn qarşınıza ҫıxan milli park “Euqan tәpәlәri” füsunkar mәnzәrәsinә görə bir rəsm əsərini xatırladacaq. Ҫoxsaylı arxeoloji qazıntıların nәticәsindә hələ qәdim zamanlardan zəngin təbəqəyə aid insanların burada müalicә olunduqları, möhtəşəm villalar tikdirdikləri aşkar edilmişdir.  Abano Terme bütün Avropada әn antik vilayәt hesab olunur. Bu şәhәr qәdim yunan dilindә “ağrını aparan” mәnasını                                                                                                      verir.

Abano Terme şәhәrindә yerlәşәn Savoia spa oteli Padova şәhәrindәn 10 km mәsafәdә yerlәşir. Oteldə qonaqların rahatlığı üҫün geniş imkanlı müalicәvi prosedurlar, fərqli termal hovuzlar, elecә dә beynәlxalq mәtbәxdә aid lәzzәtli tәamlar xidmәtinizdә olacaq. Bu otelin ən mühüm özəlliklərindən biri də otaqlarda fransız üslublu balkonların olması və hәmәn balkonlarda bağҫanın arxa vә ya ӧn hissәsinә Euqan təpələrini izləyə biləcəyiniz mӧhtәşәm mәnzәrәnin aҫılmasıdır.
 



 

Bu termal və spa otelin qonaqları buraya əsasən müalicə üçün gəldikləri üçün otelin nəznində həkimlərin fəaliyyəti üçün xüsusi şöbə fəaliyyət göstərir. Bu əyalətin məşhur palçıq müalicəsi olan Fangoterapia Globale fərqli minerallarla zəngin olduğu üçün həm estetik, həm də daxili müalicə üçün faydalı hesab edilir. Termal vannalar öz növbəsində ozonla zəngin olub, qan dövranını yaxşılaşdırır, xüsusən oynaq və onurğa problemlərinə təbii müalicə vasitəsidir. Termal basseynlər isə mineral duzlar, yod və kükürdlə zəngin olub, fərqli hidromasaj, şəlalə və atraksionlardan ibarətdir.

Peşәkar aşpaz komandası italiyan vә beynәlxalq mәtbәxlәrә mәxsus təbii qatqılardan uzaq, yalnız təbii məhsullardan hazırlanmış orqanik süfrə tәqdim edir. Bir-birindә lәzzәtli yemәklәri işıqlı, geniş Savoia restoranında, yayda isә bağҫada dada bilәrsiniz. Svoia otelindә qonaqlara üҫün üzgüҫülük hovuzu, termal prosedurlu müalicәvi mәrkәz vә yeni gӧzәllik salonu da mӧvcuddur. Burada alternativ tibbi vә reablitasiya prosedurlarından fitness mәrkәzi dә fәaliyyәt gӧstәrir. Otelin qonaqlarını əyləndirmək üçün isə həftədə 3 dəfə rəqs axşamları keçirilir.

 


 

4 ulduzlu spa Savoia oteli ҫox geniş bağ ilә әhatә olunmuşdur. Oteldә avtomobillәrinizi park etmәk üҫün zona da var. Heyvansevәrlәrә sevindirici xәbәrimiz var. Әvvәlcәdәn xәbәrdarlıq etmәk şәrti ilә odәnişli әsaslarla ev heyvanlarınızla Savoia otelindә xoş günlәr                                                                                       keҫirә bilәrsiniz.

Hazırladı:Ülkәr Kazımlı
 
 

Şərhlər

Menyu