Mit Lin Slater. 63 yaşlı təsadüfi moda bloqeri

Bu gün bütün dünyada onlarla müxtәlif sahәlәr üzrә- moda, sәyahәt, hәyat tәrzi, mәtbәx vә s. bloqerlәr var. Telefonunuzda Instagramı aҫdıqda hәr 10 şәxsdәn 3-nün moda bloqeri olduğu bir zamanda, onların əksəriyyətinin  20- 40 yaş aralığında olduğunu görürük.

Lakin , 63 yaşlı mәşhur moda bloqeri  Mit Lin Slater bu qanunauyğunluğu pozur.

Bәs o dәbli moda bloqeri olmağı necə bacarıb? Bәlkә dә bu sualın cavabı sizә bir az qәribә gәlәcәk. Ҫünkü o, tәsadüfәn Instagramda ӧz şәxsi bloqunu yaradır. Elә bu səbəbdən, onun bloqu “Accidental Icon” (Tәsadüfi İkon) adlanır. Moda sahəsi il əlaqəli olmazdan ӧncә o, universitetlәrin birindә professor vә sosial işҫi kimi fәaliyyәt gӧstәrirdi. Günlәrin birindә Nyu York Moda Hәftәsi ərəfəsində Slater dostu ilә nahar edərkən әtrafdakı bir ҫox fotoqraf onu moda ikonu olduğunu düşünərək,  fotolarını çəkirlər.

Slaterin bloqunda әn ҫox diqqәti cәlb edәn mәqam, görkəmindən onun yaşını heҫ zaman xatırlatmamasıdır. O, dәbi izlәyicilәrinә fәrqli üsullarla ҫatdırır vә bu da onun 25-35 yaşlı tәqibҫilәrinә tәәccüb hissi yaratmır. Bloqer qadınlara dünyanın hәr yerindә, hәr yaşda istәdiklәrini edә bilәcәklәrini hiss etdirir.

Hazırladı: Ülkәr Kazımlı

https://www.expatwoman.com/ewmoda/fashion/63-year-old-breaks-boundaries-become-fashion-blogger

Şərhlər

Menyu