FENDİ-NİN reklam çarxında Azərbaycan musiqisi?

 

 

Dünya səviyyəli mәşhur brend FENDİ sosial şəbəkələrdə #Fendimania haştagı ilә tәqdim etdiyi ən son reklam ҫarxı 1 gün ərzində, xüsusilə markanın İnstagram səhifəsinə yüklədiyi andan böyük müzakirələrə, 8000-dən yuxarı şərhə, 300.000 yaxın baxış sayına səbəb olmuşdur. Sözü gedən reklamda diqqәti әn ҫox cәlb edәn mәqam fonda istifadə olunmuş musiqinin Azәrbaycan dilindә olması idi.

FENDİ-nin bu addımı minlərlə yerli sosial şәbәkә istifadәҫilәri tәrәfindәn alqışlanıb.
Tanınmış geyim brendinin reklam ҫarxında “Bir gün mәnә rәhmin gәlәcәk” sӧzlәri bir neҫә dәfә tәkrarlanır. Fonda Azәrbaycan dilindәki sӧzlәr ilә yanaşı ingilis dilindә rep dә sәslәndirilir. Az keçməmiş bӧyük marağa sәbәb olan reklamda istifadә olunan mahnının Azərbaycan əsilli ifaçı Nәsibә Abdullayevanın 1983-cü ildә lentә aldığı “Fәridә” mahnısı olduğu məlum olur.

Xatırladaq ki, sözü gedən kapsul kolleksiyası FENDİ-nin FİLA- dan ilham alaraq hazırladığı, daha çox küçə dəbi üslubunda lüks sport qadın, kişi və uşaq geyimlərindən ibarət möhtəşəm moda təqdimatıdır. Dizayner Hey Reillinin hər iki italyan brendinin logosununu miks etməsi isə dəb sevərlərin gözündən qaçmayıb.

 

Hazırladı: Ülkәr Kazımlı

 

 

Şərhlər

Menyu