Şeyma Subaşı vaxtilә qovulduğu mәkana sahibi olaraq qayıtdı


 

Sosial mediada hәr paylaşımı ilә gümdәmi zәbt edәn Şeyma Subaşı Ilıcalı İstanbulun Bebek ərazisində ӧz tәrzinә mәxsus “Healtlyish” adlı kafe aҫdı.
İlk ӧncә qeyd etmәk istәrdik ki, Subaşının bu mәkanla bağlı maraq doğuran hekayәsi var.
Vaxtı ilә qızı Melissa ilә “Happily Ever After”-da (kafenin keҫmiş adı) istirahәt etmәk istәyәrkәn, boş yerlәri olduğu halda, kafenin rәhbәri onların iҫәri daxil olmasına mane olur. Bu gün isә tәsadüfәn sevilәn İnstagrammer Şeyma Subaşı yeni bir adla qovulduğu kafenin sahibidir.

 


 

O, müsahibәlәrin birindә “Zaman gәlәcәk mәn bu mәkanın sahibi olacam!” kimi iddiasını heç zaman ağlının ucundan belә keҫirmәdiyini sӧylәyib. Şeyma iki il bundan ӧncә diet kafe aҫmağı qarşısına mәqsәd qoymuşdu. Dünyanın müxtәlif ӧlkәlәrin qarış-qarış gәzib-dolaşan Şeymanın fikrincә Los Ancelesdә, Mayamidә, Nyu-Yorkda diet kafe trendlәri olduğu kimi Türkiyәdә dә belә bir kafenin aҫılması mӧhtәşәm fikirdir.

Tanınmış sima vaxtı ilә anasının yağlı, lәzzәtli yemәklәri ilә bәslәnmәsinә baxmayaraq, o gәzib-gӧrdükcә sağlam qidalanmanın, gӧzәl bir vücuda sahib olmağın yollarını da ӧyrәnir. “Healtlyish” kafenin menyusuna daxil olan yemәklәr sәhhәt üҫün tamamilә xeyirli qidalardır.

 


 

Kafenin menyusu diet yemәklәrdən, detoks iҫkilәrdәn ibarәt yeyәcәklәrdən təşkil olunmuşdur. Acun Ilıcalının xanımı Şeyma Subaşının Bebekte açdığı “Healtlyish” kafenin ilk müştәrilәrindәn biri məşhur aşpaz Nusret də olmuşdur. Gündəmin әn ӧndә gedәn qәssabı Nusret Gӧkҫe Subaşının yeni kafesini ziyarәt edәrәk yәmәklәrin dadınada baxıb.

Həyat yoldaşının uğurlarına hər zaman sevinən Acun Ilıcalı da şəxsi İnstagram səhifəsində kafenin açılışı ilə bağlı xoş sözlərini paylaşaraq sevdiyi xanıma  dəstək olmuşdur.

Hazırladı: Ülkər Kazımlı
 
 

Şərhlər

Menyu