Parviz Babayev. Keçmiş bugünlə toqquşsaydı..


 

Mümkünsüz də səslənsə, 23 yaşlı qrafik-dizayner Pәrviz Babayev ən kreativ ideyalara məhz ən çox məşğul olduğu günlərdə ilhamlanır. Ətrafda baş verənlərdən və gündəmdən uzaqlaşıb fərqli mühitə qapıldığında, qarşısında tamamilə fərqli mənzərələr, ağılagəlməz ideyalar canlanır.

Buna nümunə onun son işləridir. Məsələn, keçmiş bugünlə toqquşsaydı necə olardı? Belə ki, Pərviz mәşhur rәssamların tanınmış rәsm әsәrlәrini müasir formatda təqdim edir.
O, yaradıcılığında dәrin iz buraxmış rәssamların tanınmış әsәrlәrinin üzәrinә bu gün hər birimizə tanış gələn detalları əlavə etməklə fərqli bucaq yaradır, yumor toxunuşu ilə təbəssümə səbəb olur.

Sevib seçdiyi peşəsinə 2013-cü ildәn tanınmış şirkәtlәrlə başlayan gәnc dizayner Beat Group, Totem, Extraweb kimi təşkilatlarda işlәmişdir. Hal-hazırda isә o Mauve Hospitality-dә fәaliyyәt gӧstәrir.

Pәrvizin yaradıcı sahəyə olan marağı bununla bitmir, o dostları ilә fərqli layihələr yaratmaqdan çəkinmir. Buna misal olaraq Kәllә-Kәllәyә, 994 FM kimi layihәlәri nümunə gӧstәrmәk olar.
 
 

Hazırladı: Ülkər Kazımlı

 
 

Şərhlər

Menyu