Central Baku 1 Yaşını Milli Musiqiyə həsr etdi


 

Bakı şəhərinin mərkəzində – mədəniyyətlər qovşağında yerləşən, artıq 1 ildir şəhər əhalisinin və turistlərin sevimli
məkanına çevrilən Central Baku restoranının 27 sentyabr 2018-ci il tarixində 1 illik tədbiri baş tutmuşdur.
12 ay öncə “Tarqovunun abu-havasını dəyişməyə gəlirik” şüarı ilə fəaliyyətə başlayan restoran artıq
Bakının simvollarından birinə çevrilməkdədir.

 

 

Tanınmış simaların da iştirak etdiyi bu tədbir “Milli Musiqi günü”nə həsr olunmuşdur.

Nəzərinizə çatdırmaq istəyirik ki, tədbir günü sosial mediada izləyicilər ilə paylaşılan yeni imic reklamı dahi bəstəkarımız
Üzeyir Hacıbəyova ithaf edilmişdir. Əməkdar artist Şəhriyar İmanovun milli və klassik notları ilə davam edən tədbir
Gravity Inc. şirkəti tərəfindən təşkil olunmuşdur.

 






 

 

Şərhlər

Menyu