ULYANA SERGEYENKO. Heykəltaraşlığı vəsf edən retro obrazlar.


 


Ulyana Sergeyenko
ismi artıq nəinki adının, hətta brendin adı çəkildikdə hansı üslubdan söhbət getdiyini bəlli edən bir dizaynerdir.  Onun yaratdığı obrazlar hər zaman zərif romantik qadın, daha çox heykəltaraşlığı vəsf edən retro tipli incəliyi canlandırır.

      2018 Yaz/Yay kolleksiyasında uzun zolaqlı ətəklərdə və şişmiş qolları olan libaslarda parlaq, rəngli parçalar, kürklərə isə zəngin rəngli naxışlar əlavə edilmişdir. Bunu da unutmaq olmaz ki, bustiyer və karolla-ətəklərin üzəri çiçək naxışlar ilə bəzədilmişdir. Bununla yanaşı dizayner kolleksiyasında parlaq və pastel çalarlarına da üstünlük vermişdir.

Ən yaxşısı isə onun kolleksiyasına şərhsiz canlı nəzər salmaqdır.. 

Hazırladı: Ülkər Kazımlı

 
 

Şərhlər

Menyu