Merve Kahraman 2018 mebel kolleksiyasında açıq xardal rəng hökm sürür


 

Nyu- Yorkda yaşayan  türk əsilli dizayner Merve Kahraman son dövrlərdə yeni 2018 mebel kolleksiyası ilə gündəmin diqqətini cəlb edə bilib. Dizaynerin mebel dizaynında əsas  dəsti-xətti rəngli möhtəşəm parçalardan bol-bol istifadə etməkdir.

Mervenin 2018 mebel kolleksiyasi oturacaqlar, masaüstü lampalar, ayna və palaz istehsalçısı STEPEVİ ile birlikdə etdikləri xalçalardan ibarətdir. Builki kolleksiyasında açıq xardal rəngin həm xalça, həm də dekor və mebellərdə istifadəsi daha çox diqqət çalsa da, onun “nyud” və ya neytral mərmər effektli çalarları sevdiyi də məlumdur.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 

Şərhlər

Menyu