GOOGLE- un dəbli online kitabxanası! Dünyanın ən geniş dəb kitabxanası artıq mövcuddur.


 

Google İncəsənət və Mədəniyyət Akademiyası dünyanın ən böyük online stil kolleksiyasını təqdim edir.
Moda ilə əlaqəli 180-dən çox muzey, məktəb və digər təşkilatlar Nyu-Yorkdan Moskvaya 3000 illik inkişafı əhatə edən sərginin yaradılmasında iştirak etmişdir.

Gəlin birlikdə bu möhtəşəm sərgini nəzərdən keçirək. Sərgidə sizi Böyük İpək Yolundan bu günkü dövrümüzə qədər mövcud olan 30 mindən çox geyim predmeti və 450-dən çox sərgilər gözləyir. Gikapikselli görüntüləri həmçinin VR texnologiyaları, 360 dərəcə video və Street View xidməti sayəsində, virtual məkanda nadir əsərləri istənilən ölkədən istifadəçilərə çatdırmaq mümkün oldu.

Online ekspozisiyaya baxarkən tanınmış ekspertlərdən və kuratorlardan moda mədəniyyətinin təsiri haqqında daha çox məlumat əldə edə bilərsiniz. Hər bir sərginin moda aləminin üslubuna baxmaq üçün sizə kömək edəcək hekayələr var. Layihədə Koko Şanel, Viven Vestvud, İv Sen-Loran və digər dizaynerlərin kolleksiyaları nümayiş etdirilib.
 
 
Hazırladı: Ülkər Kazımlı
 
 

Şərhlər

Menyu