NADYA DZYAK Yaz/Yay 2018-də necə geyinməyi tövsiyyə edir


 

Dizayner NADYA DZYAK bu kolleksiyanı yaradarkən quruluş və teksturasından da bəlli olduğu kimi daha çox təbiət gözəlliyindən və qədim ingilis bağlarından ilham almışdır.

Bu bağda toplanmış ən qədim bitkilər görünüşü ilə dizaynerin təxəyyülünə yol salmış, nəticədə isə inanılmaz təbiət naxışları ilə zəngin libaslar yaranmışdır.

Məhz bu kolleksiyada Nadya çiçəklərin yüngül axımını və şəffaflığını xüsusilə əks etdirmişdir.
Brendin hər zamankı özünəməxsusluğunu vurğulayan şəffaflıq mövzusu yay parçalarının buludlar kimi havada uçuşan, bədəni qucaqlayıb yüngüllük hissi yaşatdığının ən aşkar nümunəsidir.
 

Hazırladı: Ülkər Kazımlı

 

 

Şərhlər

Menyu