Dəbli şok! BALENCİAG-dan bugünəcən ən yaddaqalan qeyri-adi trend yenilikləri!

Fransız brendi BALENCİAGA-nın dizayneri Demna Qvasaliyanın qeyri- adi moda zövqülü eksperimentlərinin qarşısı alınmazdır! Brendin son yeniliklərini izlədikcə dizaynerin sanki moda alüdəçilərini trend dalğasında saxlamaq naminə ard-ardınca təqdim etdiyi ağlasığmaz yenilikləridir.

Modabazları durmadan dəb burulğanına salan brend son illərdə fashion sahəsində ən yaddaqalan cılğın yenilikləri ilə seçilməyə davam edir. Məsələn,  $2000 dəyərində maşın üçün rezin ayaqaltıdan ətək, kulyokdan köynək, platforma altlıqlı şəpşəplər.. Çəhrayı rezin stilettolar isə mövzunun hələ çox davam edəcəyinə inandırır..

 


BALENCİAGA-nın Payız/Qış 2017 kollekasiyasına aid
dəyəri $2200 olan avtomobil üçün ayaqaltını xatırladan midi ətək sizcə geyinilməyə dəyərmi?

 

 


90-ları xatırladan geyim tərzi, rəngli corab və al aksessuarlarla dəstləşdirilmiş “vokzal” çantaları.


Polietilen kulyokları atırsınız? Çox nahaq.
Məsələn, BALENCİAGA 100% plastikdən istehsal olunmuş materialdan dəbli köynəklər təqdim edir.



 

Gedişatın ən son danışılanları məhz çəhrayı rezin stilettolar oldu.  Çəhrayı çiyələkli saqqızı xatırladan bu məzəli ayaqqabıların üzəri fərqli fiqurlar, pişiklər, bayraqlar və digər elementlərlə bəzədilmişdir. Altı platforma çəhrayı şəpşəpilər $850 dəyərində ani satılsa da, bu ayaqqabıların qiyməti və satışa buraxılması haqda brend hələ susur.

 

Şərhlər

Menyu