Kosmik donutlar görüntüsü ilə Instaqramı fəth etdi!


 

Bruklindəki məşhur “göyqurşağı beyqıllarından” sonra iranlı Hedi GH öz kosmik donutlarını Instagram səhifəsində sevənləri ilə paylaşdı. Bundan bir həftə sonra şirniyyat ustası, eləcə də aktiv instagrammer Sam Melbroun özünəməxsus donut reseptini izləyiciləri ilə bölüşdü.
“Kosmik Vegan donutları”-nın resepti
– 1 fincan un
– 11/2 fincan şəkər 
– ½ çay qaşığı qabartma tozu
– ¼ çay qaşığı muskat qozu
– ½ fincan sud
– 1 çay qaşığı alma sirkəsi
– 1 çay qaşığı vanil ekstraktı
– ¼ fincan vegan margarini

Fırını 180 dərəcəyə qədər qızdırın və sinini yağlayın. Quru ləvazimatları qarışdırın. Süd və alma sirkəsini qarışdırıb bir neçə dəqiqə gözləyin. Kiçik bir qazanda yağ tam əriyənə qədər soya yağını, vanili, kətan yağını (yumurta əvəzləyicisi) əridin. (qaynamağa qoymayın). 12 dəqiqə bişirin. Onları formalardan çıxarıb buz kimi olana qədər soyutmaq lazımdır.
 

Üzərinə:
– 2-3 yemək qaşığı əridilmiş kokos yağı
– 2-3 yemək qaşığı soya südü
– 12/3 -2 fincan pudra şəkəri, natural vegan qida boyası

İndi isə ən maraqlısı! Əridilmiş kokos yağını soya südü ilə birlikdə qarışdırın və lazım olan duruluğu alana kimi toz şəkərdə yavaşca qarışdırın. Kosmik görünüşü almaq üçün isə uşaqlıqda rəngli boyalar vasitəsilə mərmər effektini aldığınız kimi donutların üzərini bəzəyə bilərsiniz.
 
 

Şərhlər

Menyu