“Amuletlər”. Mənzər Hacıyevanın növbəti layihəsi.

 

 

Qadınlar sonsuz bir ilham qaynağıdır! Onlar yüksəkliklərə çatmaq, yeni üfüqləri fəth etmək və incə, qadınlıq, həssas və gözəl qalmaq üçün yerlərində durmurlar. Öz sahələrində, hər biri öz işi ilə məşğul olmağı, yeni işlərə başlamağı, yorulmadan kəşflər üçün çalışır. Amma bütün bu səylərə baxmayaraq, qadınlar dəstəyə və qorunmağa ehtiyac duyur.

Məhz qadınlar “Amuletlər” adlı video-klipin ve foto layihənin qəhrəmanları oldular. Bu layihənin yaranmasında əməyi olan insanlar: üzərində milli örpəyimiz olan ipək kelağayı kolleksiyasının yaradıcısı müasir dizayner Mənzər Hacıyeva, layihənin stilisti və video-klipin mətn müəllifi olan İctimai Əlaqələr üzrə Mütəxəssis Solmaz Paşayeva və istedadlı fotoqraf Ruslan Nəbiyev, olmaqla yanaşı, hər biri öz fəaliyyətində uğur qazanmış və ilham mənbəyi olan 13 qadın iştirak etmişdir.

Lahiyədə müxtəlif sahələrdən, o cümlədən “Eurovision-2018” müsabiqəsində Azərbaycanın nümayəndəsi Aysel Məmmədova, musiqiçi və şairə Zəhra Bədəlbəyli, biznes qadın Elnarə Nahmedova, YARAT-ın bədii rəhbəri Suad Qarayeva, Nok Nok interiors rəhbəri Cəmilə Əfəndiyeva, Nargis Fondunun İcraçı direktoru Nigar Nazarova, bloqer Səma Abıyeva və digərləri iştirak etmişdir.

 


 







Şərhlər

Menyu