“İNCƏBELLİ”-nin təsisçisi Nigar İbadzadədən top 5 arıqlama tövsiyyəsi!

 

Daimi oxucularımıza  İNCƏBELLİ adı artıq tanışdır və öncəki məqalələrimizdə bu arıqlama mərkəzinin xidmət fəaliyyətləri haqqında yazmışdıq.
Hər bir xanımı arzu etdikləri bədənə sahib edən mərkəzin təsisçisi Nigar İbadzadənin xanımlarımıza bəzi məsləhətləri və ismarıcı var:

“İncə görünmək və gözəl formada olmaq dəb deyil, sosial şəbəkələrin tətbiq etdiyi gözəllik ideyalarına uymaq isə məcburiyyət deyil. Bu sağlamlığa layiq olan bədənimizə hörmətimizdir. Bu edə biləcəyimiz ən yaxşı sərmayədir – sağlamlığa gümrahlığa, gözəlliyə, özünə əminliyə sərmayə.

Ən çətini başlamaqdır! Yeni paltarda əsrarəngiz görünmək! Ümumiyyətlə qarderobu tamamilə dəyişmək!
Bəzən bu cox çətindir. Zamanımız və gücümüz olmur. Stress imkan vermir. Artıq çəki bəzən çox psixoloji problemləri yaradır. Sadəcə vərdişlərimizi dəyişib, əlimizi şirniyyata deyil, tərəvəzlərə uzada bilmirik. Bunun üçün də məhz peşakarların nəzarəti altında rahat və sağlam şəkildə çəkini azaltmaq üçün İNCƏBELLİ– ni yaradıldı. Öncə sizin üçün qidalanma planı müəyyən olunur, daha sonra isə plana əsasən yeməklər ünvanlara çatdırılır.

Siz isə arıqlamaq üçün sadəcə dietoloqun qəbuluna yazılmalısınız.

 

 

Mənim çəkimi azaltmaq yolumla maraqlansanız, bu çox çətin proses idi. Bu yola başlamağıma səbəb mağazalarda ölçümə uyğun paltar tapmamağım oldu. Bu qarşıma yeni məqsəd qoymağıma təkan oldu. Amma qoyduğum məqsədə doğru irəlliyə bilmirdim. İş rejimi, övladlarımın qayğısı, gündəlik stress, motivasiyanın və dəstəyin olmaması məni daim həvəsdən salırdı.
Lakin istədiyim ölçüyə 1 il mübarizədən sonra çatdım. XL ölçüdən S ölçüyə endim. İndi alış-verişdə, güzgüyə baxmağı da çox sevirəm. Heç də asan olmayan bu prosesdən öyrəndiklərim isə aşağıdakılar oldu:

 

 

– Peşəkar dəstək olmadan çəki itirmək mümkündür, lakin çox çətindir. Saysız səhvlər edirsən.
– Gözəl bədənə sahib olmaq üçün artıq yağları əritmək kifayət deyil, buna pilates və ya fitnes əlavə edin.
– Hər yeni günə piyada gəzinti ilə başlamalısınız. Bəhanə axtararaq hər gün gəzmək lazımdır.
– Gecə vaxtı ən az 8 saat yatmalısınız.
– Özünüzlə səmimi olun. 1 ay ərzində möcüzə gözləməyin. Nəticəni, hədəfə doğru inamlı addımlarla getdikdə görəcəksiniz. Kiçik qələbələrinizi qeyd edin. Özünüzü sevin!

 
 

Mətn: Səba Mahmud
Foto: Vugar Qasımov

Ətraflı məlumat üçün:
www.incebelli.az
Facebook: İncebelli
Instagram: incebelli.az
Ünvan: AF BUSINESS HOUSE, 5-ci mərtəbə, Nizami küçəsi, 203 B,
Tel: +994 50 240 90 30
e-mail: office@incebelli.az

 








Şərhlər

Menyu