WOLF CİRCUS. Minimalizm aksessuarlar ifadə olarsa.


 

WOLF CİRCUS Vankuverdə yaradılan, klassik və eyni zamanda modern zinət əşyaları hazırlayan brenddir. Brendin əsas məqsədi xanımlara, hətta ən dinamik günlərdə belə öz qadınsı xüsusiyyətlərini və özgüvənlərini ifadə etməkdə yardımçı olmaqdır.
Brend 2010-cu ildə Fiona tərəfindən yaradılıb, onun sözlərinə görə bu brend yaradılan zaman gündəlik istifadəyə yararlı olan zinət əşyaları tapmaq çətin idi.
Brendin yüksək əyarlı qızıl və gümüşdən hazırlanan bütün məhsullarının dizayn və istehsal prosesi Vankuverdə baş tutur. İstehsal komandası isə 3 böyük təcrübəyə sahib peşəkar zərgərdən ibarətdir.
Brendin bütün kolleksiyaları sadəliyi və zəriflyi sevən hər bir xanım tərəfindən böyük məmnuniyyətlə istifadə olunur.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

 

 

Şərhlər

Menyu