Vengan möcüzələr diyarında


 

Uşaq dünyaya gəldikdən sonra anaların həyatı tamamilə dəyişir və çətinləşir. Bütün bu dəyişiklik və çətinliklərə baxmayaraq analar öz övladları ilə keçirdikləri vaxtları əyləncəli etməyə çalışırlar. Körpələrin inkişafını və keçirdikləri vaxtı unudulmaz etməyin ən geniş yayılmış yolu isə əlbəttə ki, fotolardır.

Frilans rəssam olan Kuini Lyao uşaqları ilə çəkdiyi fotolara bir qədər fərqli yanaşaraq adət etdiyimizdən çox fərqli nəticələr əldə edib.

“Fotoqraflıq hər zaman mənim hobbim olub. İlk zamanlar mən sadəcə olaraq təbiətin gözəlliklərini fotolarımda əks etdirməyə çalışırdım. Lakin övladlarım dünyaya gəldikdən sonra onlar mənim hobbimə də öz təsirlərini göstərdilər və mən onların şəkillərini çəkməyə başladım. Üçüncü oğlum Vengen dünyaya gəldikdən sonra mən onunla fərqli bir layihə həyata keçirməyə qərar verdim və onun fotolarda möcüzələr diyarına səyahət etməsinə nail oldum.”

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu