KÜÇƏ DƏBİ | Seul Moda Həftəsi


 

Asiya ölkələrində keçirilməyə başlayan moda həftələrinin növbəti ünvanı Cənubi Koreyanın paytaxtı Seul oldu.
Bütün ölkələrdə olduğu kimi tədbirlər zamanı burada da dünyaca məşhur, həmçinin dəb sahəsinə yeni addım atmağa başlamış dizaynerlərin bir-birindən zərif kolleksiyaları nümayiş olundu.

Əlbəttə ki, moda həftəsini küçə dəbi lukları olmadan təsəvvür etmək olmaz.

Cənubi Koreya Moda Həftəsi hər zaman müxtəlif fərqlilikləri ilə diqqət çəkir.
Bu dəfə isə əsas diqqət çəkən məqam, küçə dəbisevərlərin moda həftəsi çərçivəsində keçirilən tədbirlərə öz övladları ilə birgə qatılması idi.
Dəbli geyim tərzi baxımından uşaqlar heç də valideynlərindən geri qalmırdılar.
Modasevərlərin geyim tərzləri bir-birindən fərqlənsə də, onların demək olar ki, hamısının kombinlərində mövsümün əsas trend parçalarına rast gəlmək mümkün idi.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu