Məryəm Əzimzadə. Bakı memarlığı su altında..


 

Qədim abidələrin və müasir arxitekturanın yerləşdiyi Bakını memarlıq abidələri daim diqqət mərkəzində olmuşdur. Azərbaycanda yaşayan insanlar digər ölkələri bizim nadir hesab olunan memarlıq abidələrimizlə tanış etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Zaman keçdikcə və texnologiya inkişaf etdikcə bu iş daha da asanlaşır və biz fərqli ideyaların şahidi oluruq.

Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan 23 yaşlı Məryəm Əzimzadə isə memarlıq abidələrinə bir qədər fərqli yanaşıb.

“ Hazırda dizayner kimi fəaliyyət göstərsəm də, fotoqrafiya sahəsinə hər zaman marağım olub. Memarlıq və fotoqrafiya məktəb vaxtlarından mənə maraqlı olan iki sahə idi. Bakının memarlıq abidələri məni hər zaman özünə cəlb edirdi və  mən onların fotolarını çəkməyi çox sevirdim. Dənizi və su ilə bağlı olan hər şeyi çox sevirəm, dəniz kənarında gəzmək mənə zövq verir. Bir qədər keçdikdən sonra düşündüm ki, niyə ən çox sevdiklərimi – dəniz və memarlığı birləşdirməyim? Və bununla da yeni illustrasiyalar yaratmaq ideyası ortaya çıxdı. Telefonda bir neçə proqram vasitəsilə yaratdığım fotolar çox insan tərəfindən sevilir.”

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu