Peru PETER PİLOTTO brendinin əsas mövzusu oldu.


 

Piter PilottoKristofer De Vos universitetdə incəsənət sahəsində təhsil alarakən tanış olublar. Dəb sahəsinə xüsusi maraq müxtəlif mədəniyyətlərə sahib olan bu ikilini bir araya gətirdi və onlar təbiətdən ilham alaraq geyimlər dizayn etməyə başladılar.

Pilotto 2007-ci ildə PETER PİLOTTO brendinin əsasını qoydu.

Brendə məxsus geyimlər Mişel Obama, Rihanna, Keyt Bosuort və s. məşhurlar tərəfindən məmnuniyyətlə istifadə olunur.

Yarandığı ilk illərdə, brendin dizaynlarının əsasını müxtəlif printlər təşkil etsə də, hazırda onların kolleksiyalarının əsas ilham mənbəyi dünyanın müxtəlif ölkələrinə olan səyahətlərdir. Məsələn, payız/qış 2017 kolleksiyası üçün brend Peruda yaşayan insanların geyim tərzindən ilham alıb və bu xalqa xas olan xüsusiyyətləri geyimlərdə əks etdirməyə çalışıb.

Kolleksiyada açıq qırmızı tonlarda olan vilvetlər və diqqət cəlb edəb printlər geyimlərdə inklərə məxsus abu-hava yaradır. Kolleksiyada yer alan müxtəlif naxışlarla işlənmiş oversayz yun köynəklər xüsusilə sevilir. Qeyd etmək lazımdır ki, toxunma geyimlər brendin kolleksiyalarında hər zaman geniş yer tutur.

Bu kolleksiyada dizaynerlər abstrakt modern toxunuşları ənənəvi geyimlərdə əks etdirməyi bacarıblar.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu