Ariele Alasko. Taxtadan hazırlanmış zərif əşyalar.


 

Əgər siz də  Ariele Alaskonun bir milyona yaxın izləyicilərindən birisinizsə, onda artıq siz onun taxtadan qüsursuz əl işləri yaratma bacarığına şahid olmusunuz.

Bruklində heykəltaraşlıq üzrə təhsil aldıqdan sonra o, hobbi olaraq taxtadan müxtəlif əşyalar düzəltməyə başladı. Daha sonra isə heykəltaraşın bu həvəsi əsl karyeraya çevrilir.

Ariele hazırda mərmərdən, sidr,qoz, fındıq ağaclarından müxtəlif qablar, qaşıqlar, fırçalar, zərif dekorativ əşyalar və s. hazırlayır.

Heykəltaraşın sözlərinə görə, o, əşyaları hazırlayan zaman yonulan materialların səsindən ilham alır. Hazırda onun əl işləri böyük kütlə tərəfindən sevilir və satışa çıxarıldıqdan qısa müddət sonra satılır.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu