Ona günahlarını bağışlat. ZULEYKHA “Valentine’s Day” kolleksiyası.

 

Şübhə yox ki, hər bir insanın həyatda yaşaya biləcəyi ən möhtəşəm hiss sevmək və sevilməkdir. Sevirsinizsə, külək sizə nəğmələr deyər, Ay gözlərinizdə böyüyər, üzünüzdən daim təbəssüm əksik olmaz.  Sevgi elə bir dünyadır ki, insan 7 ya 77 yaşında onun sehrinə düşər. Sevirsinizsə, hər gün, hər saat, hər saniyə Sizin üçün xüsusi keçər.

Qeyd etsələr və ya etməsələr, etiraf etmək lazımdır ki, bütün sevənlərin xatırladığı simvolik bir tarix vardır ki, həmən gün sevənlərin sevincləri ikiyə artar. Sevənlər bəlkə bir ay əvvəldən həmin gün nələr edəcəyini, hansı hədiyyələr alacağını planlaşdırmağa başlayar. Gənc brend, jurnalın aksessuar markasıZULEYKHA” bu özəl günü nəzərdən qaçırmadan növbəti çəkilişini məhz bu mövzuya həsr etdi. Sevgililər Günündə hansı hədiyyə alınmalı, həmən günü harada keçirməli, qəlblərdəki əhval və unudulmaz xırda anlar dolu atmosfer..

 

 

Baş qəhrəmanları gözləri daim gülən cazibədar Günel Fərhadlı və tərəf müqabili ismi sirrli saxlanılan gənc yaraşıqlı layihənin foto hissəsinə məsul daim aşıq cütlükləri çəkməyə alışan fotoqraf Həbib Səmədov tərəfindən ən mehriban anlarda kadra alındılar. Layihənin videoqrafı isə istedadlı gənc Aliyə Mollayeva kolleksiyaya daxil olan hər modeli seçilmiş mövzu konseptinə görə mükəmməl uyğunlaşdıra bilmişdir.

Günelin əynindəki möhtəşəm libas isə sosial media anonslarında dəfələrlə sorulan yerli modelyer-dizayner Ülkər Hüseynovaya məxsus möhtəşəm “Ulker Huseynova Couture” moda evinin son kolleksiyadan göz oxşayan paltar idi. Şəhərimizdə ziyafət üçün mükəmməl saç və makiyaj ustalarına görə şöhrət qazanmış İN STUDİO qəhrəmanımız üçün düşünülmüş incə obrazı qədər zərif görkəm yarada bilmişdir.

 Çəkilişi möhtəşəm edən gül butiki BOUQUET sayəsində hər kadr sanki nağıldan bir parçaya çevrildi. Ətir saçan gül kompazisiyalarının üzərinə qonan canlı kəpənəklər layihənin fərqli edən anlardan oldu.

İsmi çəkildikdə nəhəng alov qüllələrinə görə xatırlanan FAİRMONT Baku, Flame Towers otelinin iri və sonsuz sayda otağa malik “Royal Suite” adlanan  nömrəsində baş verən layihə Bakıya inanılmaz panoraması açılan görüntüyə sahib məkanda zaman keçirməyi sevən cütlüklərin diqqətini cəlb edəcək.

 

 

Kadrlarda tez-tez görünən ZULEYKHA logosu izləyicilərə belə özəl günün hədiyyəsiz keçmədiyini bir daha xatırladır.
Ən gözəl hədiyyə səmimi sevgidir, bu böyük hədiyyəni qarşılayan isə digər tərəfin eyni hissləridir.
Lakin hədiyyələr hər zaman bir diqqət rəzmi olmuşdur. Butik bu özəl gün münasibəti ilə xüsusi kolleksiyasını Swarovski qaşlı aksessuarları sevənlərə həsr edir.
Ürək, kəpənək dizaynları ilə zəngin incə zövqə aid xanımlar bu kolleksiyanın digər hissəsini sevəcəklər. Şəkillərdən də göründüyü kimi həmən özəl gündə iki nəfərlik ziyafətə dəvət almış xanımlar isə dəbdəbəli dəstlər içərisində ən çox bəyəndiklərini seçə bilərlər. Brendin mükəmməl parlaqlığa malik son trend dizaynlı aksessuarları minimalist dizayna malik  qablaşdırması ilə bu əşyaların məhz hədiyyə üçün nəzərdə tutulduğunu hiss etdirir.

 
 

Hazırladı: Dilarə Zamanov
Foto: Həbib Səmədov
Video: Aliya Mollayeva

 




























Şərhlər

Menyu