Yeni nəfəs. SHERATON oteli təmirdən sonra qonaqlarının üzünə açıldı.

 

Yaxın günlərdə qonaqlarının rahatlığını düşünən Sheraton Baku Airport oteli özünün tədbir zalları və restoranlarını təmirdən sonra yeni dizaynda və daha geniş imkanlarla təqdim etdi. Şəhərdən cəmi 30 dəqiqə uzaqlıqda yerləşən otelin 2 restoranı, kofe və idman üslublu barı, eləcə də 5 konfrans və görüş zalı mövcuddur.

Geniş, rəngli zal və xoş abu-hava “SilkWay” restoranını səhər yeməkləri üçün ideal məkan edir. Restoranın geniş bufetində qəlblərin arzuladığı çeşidi tapmaq mümkündür: kruasanlar, maffinlər, cemlər, mürəbbələr, smuzilər, sosislər, müxtəlif üsullarla bişirilən yumurtalar, çeşidli souslar, pendir seçimləri, soyuq kəsimlər, təravətli tərəvəzlər, meyvələr, isti və yeni bişmiş çörəklər, meyvə şirələri. Otelin heyəti gülərüz və isti şəkildə qonaqları qarşılaması, qayğı göstərərək etdikləri xidmət açılan səhəri daha xoş edəcək, düşdüyünüz aura isə bütün gününüzə müsbət təsir edəcək.

 


 

Otelin yüksək izolyasiyalı pəncərələri sayəsində şəhərin səs-küyündən uzaqlaşaraq dostlar və ailə ətrafında qayğısız zaman keçirmək həftə sonları ən xoş əyləncəyə çevrilir. “SilkWay” restoranında səhər yeməyi həftə içi saat 05:00-dan 10:30-a qədər, həftəsonları isə 05:00-dan 11:00-a qədər davam edir və bir nəfərlik qiymət 28 AZN təşkil edir. 6-12 yaş uşaqlar üçün 50% endirim tətbiq olunur, 6 yaşa qədər körpələrə isə pulsuz xidmət göstərilir.

“Fine-dining” xidmət növündə fəaliyyət göstərən “Flavours” restoranı qonaqlara unudulmaz şam yeməyi təcrübəsi vəd edir. Adından da göründüyü kimi, milli və dünya mətbəxinin müxtəlif zərif nümunələrini özündə birləşdirən menyudakı təamların dadı damağınızda qalacaq. Restoranın klassik üslublu interyeri restoranın formatı ilə bütöv vəhdət təşkil edir. 5 ulduzlu xidmət göstərən personal hər bir qonağa xüsusi diqqət ayırır, istəklərini qüsursuz olaraq təmin edir və sifariş olunan hər bir yeməklə müşaiət etmək üçün düzgün içkini tapmağa kömək edir. “Flavours” restoranı fərqli növ tədbirləri də qəbul etməyə hər zaman hazırdır. İstər kollektivlə, istərsə də iş görüşmələri üçün kokteyl və ya banket təqdimatı üçün otelin peşəkar tədbir planlaması komandası hər müştəriyə uyğun mükəmməl təklif hazırlayır və tədbir boyunca hər anın qayğısına qalır.

Otelin lobbisində yerləşən və 24 saat açıq olan “Link@Sheraton Cafe” kofe bar Sheraton brendinə məxsus olan lobbi bardır. Brendin standartlarına əsasən, lobbidə olarkən zərif kofe ətri hiss edəcəksiz. Bu kofe barda illərin təcrübəsinə əsaslanan “İlly” brendinə məxsus dadlı kofelər içə bilərsiniz. Baristaların kofe hazırlanma prosessinə göstərdikləri xüsusi zövq və sevgi sizin içkinizi daha dadlı edəcək. “Link@Sheraton Cafe”-nin menyusunda xüsusi burgerlər, sendviçlər, qəlyanaltılar, yüngül salatlara rast gələcəksiniz. Kafeyə gələrkən günün xüsusi yeməyini də soruşmağı unutmayın. Aşbazlar hər gün qonaqlara fərqli təamlar təklif edir. Kafenin xüsusi zövqlə hazırlanmış dizaynı isə tam fərqli bir aura yaradır. Kafenin biznes hissəsi isə oteldə qalan qonaqların istifadəsi üçün tamamilə ödənişsizdir.

 


 

Sheraton oteli axşamlar işdən sonra dostlarınızla birgə dincəlib və deyib-güləcəyiniz əla məkan təklif edir. “Fly İnn Sports Bar” günün yorğunluğunu kənara atıb şəhərdən uzaqda istirahət etmək üçün mükəmməl seçimdir. İtalyan üslublu dizayn, müxtəlif növ içkilər, qəlyanaltılar, rahat oturacaqlar arzuladığınız istirahəti tam təmin edir. Barın konseptinə uyğun olan xüsusi və çox dadlı kokteyllərin də dadına mütləq baxın. Barın monitorlarında isə gündəlik idman yarışları, ələxsus da önəmli futbol oyunları nümayiş etdirilir. Məhz barın yenidən açılışı üçün İtaliyadan gətirilən bilyard masası da qonaqların istifadəsindədir. Əgər fərqli məkanda tədbir təşkil etmək fikrinə düşsəniz, “Fly İnn Sports Bar” düzgün seçim olacaq. Bu barda olacaq kokteyl tədbirlərinizi heç bir detal üçün narahatlıq keçirmədən otelin tədbir komandasına havalə edə bilərsiniz.

 


 

Otelin “M” mərtəbəsində konfrans və görüş zalları fəaliyyət göstərir. Konfrans, diskussiya, treyninq, təqdimat, kokteyl, korporativ, və bütün digər tipli tədbirləriniz üçün otel funksional zallar təklif edir.
Ən böyük konfrans zalı olan “Çinar” bütün lazımi texniki avadanlıqlarla – 2 ekran, proyektor, səs sistemi, video-çəkilişlə təmin olunub. Bundan əlavə zalda iki tərcümə otağı da mövcuddur. Zalın güclü işıqlandırma sistemi tədbirinizin abu-havasını daha da yaxşı edəcək. “Heyva” zalı treyninqlər üçün gözəl seçimdir. Yığcam və rəngli zal sizin təqdimat və təlimlərinizin daha uğurlu olmasını təmin edəcək. Mərtəbədə yerləşən “Alma” , “Nar”“Gilas” zalları isə böyük konfransınızın ikinci hissəsi olan qrup müzakirələri və ya tematik təqdimatlar üçün olduqca əlverişlidir. Böyük və geniş foye ərazisi qeydiyyat, “workshop”, çay fasilələri üçün ideal olaraq hazırlanıb.

Sheraton otelinin digər üstünlüyü isə ondadır ki, hər hansı restoranı öz tədbiriniz üçün
seçsəniz, həmən restoran digər qonaqları narahat etmədən sizin üçün xüsusi olaraq fəaliyyət göstərəcək.
Əlverişli qiymətlər və zəngin menyu tədbiriniz üçün axtardığınız əsas amillərdi, hansı ki, bütün tədbirləriniz üçün bu amilləri Sheraton otelində tapa biləcəksiniz. Hətta hotel tədbiriniz zamanı sizi 5 nəfərdən 50 nəfərədək nəqliyyatla təmənassız şəkildə təmin edəcək.

 
 

Sheraton Baku Airport Hotel
+99412 437 4949
sales@sheratonbakuairport.com

 
 









Şərhlər

Menyu