İNCƏBELLİ Arıqlama Mərkəzi ona ən çox verilən sualları cavablandırdı.

         

 


Jurnalımızın daimi oxucularına İNCƏBELLİ Arıqlama Mərkəzi artıq  öncəki məqalələrdən tanış addır. Onlarla xanımı arzu etdikləri bədənə sahib edən mərkəzin xidmət fəaliyyəti haqda yazdığımız məqalələrdən xatırladığınız kimi bu peşəkarların məqsədi sağlam arıqlama konsepti, daha dəqiq desək müştərilərini yeyərək arıqlatmaq üzərində qurulmuşdur.

Mərkəz son bir neçə ayda genişlənərək müştərilərinə yeni fəaliyyətə başlayan fitnes zalını və yeni məşqçilərini təqdim etdi. Eləcə də, mərkəzin kosmetoloji xidmətləri daha genişləndirilmiş və müxtəlif qulluq xidmətlərini göstərməyə başlamışdır.

Bütün bu inkişaf dövrü ərzində mərkəzə onlarla suallar yazılır, xidmətlər haqda daha ətraflı məlumat almaq istəyənlərin sayı artmaqdadır. Elə bu məqsədlə jurnalımız mərkəzin istəyilə İNCƏBELLİ ilə yaxından maraqlananlar üçün ən çox verilən suallar toplusuna cavabları bir məqalədə təqdim edir.

– Menyunuzda nəçə kalori var?
– Bizim menyu 2000-2500 Kkal təşkil edir.Ümumiyyətlə yanaşmamız kalori hesablamaq
əsasında qurulmur. Əksində insanı sağlam və gümrah saxlamaq üçün
hər bir faydalı m əlavə olmaqla zənginlik və balans əsasındadır.

***

– Sizin proqrama görə çəki itkisi məqsədilə gündəlik nə qədər su içmək lazımdır?
– Bədən çəkisinin hər kilosu üçün gündəlik 30 ml kifayətdir.
Məsələn, Sizin çəkiniz 60 kq olarsa o zaman 60*30=1800ml su qəbul etməlisiniz/

 

***

– Bir ay içərisində neçə kq itirmək mümkündür?
– İndekslər fərqlidir, lakin sağlam arıqlama çərçivəsində ayda 2 kq-dan 5 kq-ya qədər sağlam kilo atmaq mümkündür.

 

***

– Bəs bu zərərli deyil?
– Xeyir. Bizim menyu hər mövsümün təzə məhsullarından hazırlanır. Heç bir konservantlardan, rəng və qatqılardan istifadə olunmur. Bizimlə stressiz və aclıq hiss olmadan çəki ata bilərsiniz.

***

– Uşaqlara bunu qəbul etmək olarmı?
–  Uşaqlar valideyinlərinin ciddi nəzarəti altında bizim arıqlama proqramlarında iştirak edə bilər

***

İNCƏBELLİ fitness mərkəzidir?
– Xeyir. İNCƏBELLİ Sağlam Arıqlama Mərkəzidir. Fitnes sağlam həyat tərzinin və tez, düzgün, gözəl arıqlamanın əsas instrumentlərindən biridir.


 

***

– Qarın nahiyəsini əritmək üçün pəhriziniz varmı?
– Orqanizm ümumilikdə mürəkkəb mexanizmdir. Bədənin müxtəlif hissələri üçün pəhriz anlayışı mövcud deyildir. Lakin pəhrizlə yanaşı fitnes və anti-sellülit masajı vasitəsi ilə xüsusi ərazilər üzərində fokuslanaraq arzu etdiyiniz görünüşə sahib ola bilərsiz.

***

– Mərkəzinizdə hansı idman növləri ilə məşğul olmaq olar?

– Məşqçilərimiz məhz pilates və fitness üzrə fəaliyyət göstərir. Bununla yanaşı sərbəst trenajor zalı sevənlər üçün də müxtəlif avadanlıq yerləşdirdiyimiz zalda da məşqlər etmək mümündür.

 

Hazırladı: Səba Mahmud
Foto/Video: Aliya Mollayeva

 

Şərhlər

Menyu