MANQALÜSTÜ Restoranı Sevgililər Gününə özəl menyusunu təqdim etdi!


 

Bakımız sevilən kafe və restoranlarına görə tanınır. Artıq doğma şəhərimizdə bizi nəfis süfrəsi ilə qarşılayan məkanlarla bərabər, həm də fərqli xidmət təqdim edən restoranlar da var.
Son bir neçə il fəaliyyətdə olan MANQALÜSTÜ restoranı qonaqlarının yaddaşında masaüstü manqallarına görə yadda qalıb. Dörd mərtəbədən ibarət restoran qonaqlarını xüsusi VİP banket otaqlarında, eləcə də geniş zalında 30-a yaxın fərqli ət yeməklərindən ibarət menyusu ilə qarşılayır. Məkan həm də istedadlı aşpazı, məhz ət yeməklərinin bişirilməsi üzrə möhtəşəm usta Pərvin ilə də tanınır. Elə bu məqsədlə məkanla bağlı suallarımızı mətbəxin Baş aşpazı Pərvin ustaya ünvanladıq.


 


 

– Belə bir deyim var ki, ən yaxşı aspazlar kişilərdir. Sizin bu fikirə münasibətiniz?
– Bu mövzuda önəmli bir fərq olduğunu düşünmürəm. Əsas fərq qadınların işə daha emosional, kişilərin isə daha qətiyyətli yanaşmasıdır. (gülür) Hər iki halda qoyulmuş əmək və işə sevgi ləziz yeməyin alınmasına sbəb olur. 

 

– Yəqin ki, menyunu özünüz tərtib edirsiniz. Menyu fəsillərə görəmi dəyişir?
– Bəli, menyunun tərtibatı fəsillərə görə dəyişir. Ümumiyyətlə menyu hazırlanmasında illərdir restoranımızı ziyarət edən qonaqların fikri belə nəzərə alınır. Bu gün restoran 25-dən artıq fərqli ət yeməyi olan menyu təqdim edir.

 

 

– Hər bir aşpaza veriləcək sual, “evde yemek bisirirsinizmi?” sualına necə cavab verərdiniz?
– Etiraf edim ki, adətən evdə yemək bişirmirəm. Lakin açıq havada ailəmlə vaxt keçirdiyim zaman manqal yeməklərini məhz özüm bişirməyi öz üzərimə götürürəm.

– Məkanınızın ən çox hansı yeməyini dadmağı məsləhət görərdiniz?
– Bu gün sizə yeni menyumuza aid top sevilən ət yeməkləri hazırlayıb dadmağı təklif edəcəm. Burada ətin pendir, fındıq, qaymaq və digər qeyri-ənənəvi sintezi ilə xüsusi reseptlə hazırlanmış yeməklər təqdim olunacaq.

MANQALÜSTÜ-nün qonaqları onu hansı özəlliyinə görə sevir?
– Ən əsas özəlliyimiz restoranda masaüstü manqallarımızın olmasıdır ki, bu da qonaqlara nəinki dadlı yemək, həm də əyləncəli vaxt keçirmək imkanı yaradır. Özün seç, özün bişir konsepti ilə düşünülmüş restoranımızda qonaqlar dadmaq istədikləri yeməyi müxtəlif çeşid yaradan vitrimizdən seçə bilirlər. Doğmaları ilə birlikdə vaxt keçirmək istəyənlər üçün bu əla imkandır. Eləcə də, onlar istədikləri vaxt səs-küydən uzaqlaşmaq üçün, və ya kiçik tədbirlərində xüsusi VİP otaqlarımızda da xoş istirahət etmiş olurlar.

 

 

– Digər steyk restoranlarından fərqlənən özəl reseptlərinizə görə hazırlanan hansı ət yeməklərinin adlarını saya bilərsiniz?
– Digər steyk restoranlarından fərqimiz MANQALÜSTÜ-nün Bakıda ət yeməkləri üzrə ən geniş menyu təqdim edən restoran olmasıdır. Həftələrlə dincə qoyulmuş ət məhsullarını dadmaqla yüksək keyfiyyətli olduğunu dərhal hiss etmək mümkündür. Ətin bişirilməzdən öncə xüsusi reseptlərlə hazırlanmış souslar basdırılması yeməklərimizin bu qədər dadlı alınmasının digər səbəbidir.

– Qarşıdan Sevgililər Günü gəlir. Restoranınızın özəl menyusunu oxucularımızla paylaşa bilərdinizmi?
– Bəli, Sevgililər Günü ilə bağlı menyumuza aid əsas yeməkləri sizin üçün bu çəkilişdə hazırlayacağam. Eləcə də, diqqətinizə çatdırım ki,  belə bir özəl gündə qonaqlarımızı yalnız dadlı yeməklərlə deyil, həm də xüsusi şou-proqramla qarşılamaqdır.

 


 

– Restoranda qonaqların yeməkləri xüsusi masaüstü manqalda hazırlamaq imkanı yaradılır. Siz bu prosesdə iştirak edirsinizmi?
– Müştərilərin fərqli istəkləri olur. Restoranımızın əsas məqsədi onları məmnun etməkdir. Bəzi müştərilər yeməyi əylənərək özləri hazırlamaq istədikləri halda, bəziləri məhz mənim və ya digər peşəkar aşpazlarımızın köməyilə hazırlanmasını istəyir.

 
 

MANQALÜSTÜ Restoranı
Bəkir Çobanzadə küç. 216,
012 375 04 04 / 051 344 04 04

Facebook: @manqalustu
www.manqalustu.az

Hazırladı: Səba Mahmudova
Foto/Video: Aliya Mollayeva

 

 
 







Şərhlər

Menyu