KİNO | “Yoxdu belə söhbət” tammetrajlı romantik-komediyası tamaşaçılara təqdim edildi.

 

Çəkdiyi filmlərlə ölkəmizi bir çox beynəlxalq festivallarda layiqincə təmsil edən gənc və isdedadlı rejisor-ssenarist Rüfət Həsənov Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanfilm istehsalı, olan romantik-komediya janrında tammetrajlı “Yoxdur belə söhbət” adlı filmi yanvar ayının 11-də tamaşaçılara təqdim olundu.

2018-ci ilin ilk romantik-komediyası olan filmin ssenari-müəllifləri Rüfət Həsənov, Kamal Həsənov, Asif Rüstəmovdur. Süjeti iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan TamillaSara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edən filmin baş rollarında
Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov, Tünzalə Qəhrəman yer alıblar.

Rejissorun sözlərinə görə “Yoxdur belə söhbət” filmi digər romantik-komediyalardan öz fərqli dəsti xəttinə görə seçiləcək.
 

Hazırladı: Rəhimə Hacıyeva

 
 

Şərhlər

Menyu