İNCƏBELLİ Arıqlama Mərkəzindən soyuducudakı yeməklərə alternativ qida məhsulları.


 

Bugünki həyat nə qədər dinamik olsa da, proqressiv insanlar sağlam həyat qayğılarını heç də kənara qoymur. Sağlam orqanizm artıq bir həyat tərzinə çevrilmiş, sağlam qidalanma isə bir trendə.   Sağlam orqanizm həm də bədən quruluşu normativinə görə doğru çəkidə olmaq deməkdir.
Bu yolda idmandan da irəli ən birinci qayda düzgün qidalanmadır. Soyuducudakı adət olunan orqanik məhsullarla demək olar ki, artıq hamı tanışdır.
Elə bu səbəbdən İNCƏBELLİ Arıqlama Mərkəzsinin Həkim- dietoloqu Səidə Qurbanova alternativ qida vasitələrindən- quru meyvələrin insan sağlamlığına olan faydası barədə oxucularımızla paylaşır.


QURU ƏRİK

Quru əriyin tərkibi bol miqdarda B1 B2, B3, B6, A, C, E vitaminləri və kaliumla zəngin olduğu üçün həzm problemlərinə yaxşı təsir edir, stressin və qan azlığının qarşısını alır. Təkibində olan A vitamini akne kimi dəri probleminə qarşı da faydalıdır. Quru ərik görmə funksiyasını yaxşılaşdırır, şəkər xəstəliyinin inkişafına mane olur, immunitet sistemini gücləndirir. Əzələlərin və sinirlərin yaxşı işləməsini təmin edir. Ərik lifli bir meyvədir. Zərərli maddələrin bağırsaqda qalma müddətini qısaltdığı üçün xərçəng xəstəliyindən qorunmada da faydalı olduğu müəyyən edilib.Qan azlığını da çox faydası var.Qanın tərkibini və görmə qabiliyyətini yaxşılaşdırır.

QURU GAVALI

Gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir. Ürək-damar sisteminin işləməsinə və əsəb sisteminə müsbət təsiri var. Avitamizon zamanı və immuniteti möhkəmləndirmək üçün istifadə olunur.

XURMA

Xurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır. Xurmada eyni zamanda B1 və B2 vitaminləri var. Bunlar da zehni və sinir sistemini sakitləşdirir.Tərkibində pektin olduğu üçün bağırsağın funksiyasını normallaşdırır.Ən əsası da qan azlığı, hipertoniya ,avitaminoz kimi xəstəliklərdə faydası var.

 

Qış aylarında lazım olan vitamin və mikroelementləri quru meyvələrdən almaq mümkündür.
Quru meyvələrdə bütün faydalı vitamin və mikroelementlər saxlanılır. Buna görə masanızın üzərində daim bu quru məhsullara yer vermək önəmlidir. Bütün quru meyvələr mədə-bağırsaq traktının, sinir, ürək-damar sisteminin işi üçün son dərəcə faydalıdır. Çox sayda vitamin, makro və mikro elementlərin tərkibinə görə, onları avitaminoz üçün istifadə etmək faydalıdır. Dəriyə, saç üçün faydalıdır. Bədənin metabolik proseslərini yaxşılaşdırın.

Sonda nəzərinizə çatdıraq ki, bütün quru meyvələrdə kalori olduqca yüksəkdir.
Artıq lilolu insanlar üçün yemək tövsiyə edilmir.

Diabet xəstələri də qurudulmuş meyvələri çox şirin olduğundan, ehtiyyatlı olmalıdırlar.

 

Hazırladı: Səba Mahmud
Foto/ Video: Aliya Mollayeva

Şərhlər

Menyu