Coffee Art. Elvina Kərimin incəsənətə çevrilən qəhvə məhəbbəti.

 

Dünya döndükcə, insan inkişaf etdikcə icəsənətin yeni istiqamətləri hələ də kəşf edilir. Rəssamlıq qədim sahə sayılsa da, onun yeni üslublara hələ də yaranmağa davam edir.

Son 5 ildə rəsmlərini qəhvə ilə çəkməyə başlayan gənc rəssam Elvina Kərim incəsənətdəki bu yeni istiqamətə yol aldığı ilk gündən İnstagram izləyiciləri arasında qısa zamanda çox tez tanınmağa başlamışdır. Qəhvəni nəinki bir içki, həm də sehirli fırçasının boyasına çevirən istedadlı rəssamın portfoliosunda həm natürmort, həm də realist portretlərə rast gəlmək olur. Sevdiyi sahəyə heç bir rəssamlıq təhsili olmadan gələn Elvina xarici rəssamlardan ilham alır, tablolarda yeni “qəhvə eksperimentləri” aparmağa davam edir.

Elvinanın İnstagramda tanınma uğuru ona bu fərqli rəsm üslubunda ard-ardınca sifarişlərlə yanaşı, bir çox tanınmış simaların portretlərini çəkməyə imkan yaradır. Onların sırasında Miri Yusif, Banu Murad, Hüsniyyə Məhərrəmova, Seyran Babayev, Nisə Qasımova, Sənan Elləz, rəsmini bəyənib şəxsi İnstagram səhifəsində paylaşan türk aktrisası Neslihan Atagül və s. saymaq olar.

Gənc rəssamın işindəki uğuru onu bu sənətlə digərlərini də tanış etməyə sövq etmişdir. Belə ki, o sevdiyi sənətinə qısqanclıqla deyil, digərlərinə onun sirrlərini paylaşmaq məqsədilə mster-klasslar da təşkil etmişdir.

 
 

Hazırladı: Gülnar İsmayılova

 
 

Şərhlər

Menyu