İNCƏBELLİ-də səhər yeməyi ziyafəti! Mərkəzin qonaqları işgüzar xanımlar oldu.

 

Daha öncəki məqalələrimizdən İNCƏBELLİ Arıqlama Mərkəzini sağlam həyat tərzi və zahiri gözəlliyə qulluğu bir arada hədəfləyən təşkilat olaraq xatırlayırsınız. Mərkəz Bakıda yeganə təşkilatdır ki, hazırda arıqlama prosesi ilə bağlı hər bir mərhələni özündə cəmləşdirərək fəaliyyət göstərir. Məqsəd – artıq çəkidən şikayətci müştəriləri yalnız arıqlatmaq deyil, onların sağlam arıqlamalarını təmin etməkdir.

Hər zaman qapılarını Bakının baxımlı xanımlarının üzünə açıq edən İNCƏBELLİ-nin budəfəki qonaqları sosial xanımlar oldu. Mərkəz tərəfindən təşkil olunmuş sağlam səhər yeməyinə bir sıra şirkətlərin PR/Marketing rəhbərləri, incəsənət və moda dünyasının tanınmış simaları dəvət almışdı.
 


 

Tədbirin açılışını edən İNCƏBELLİ Arıqlama Mərkəzinin təsisçisi Nigar İbadzadə qonaqları salamlayarkən sağlam qidalanma və səhər yeməyininin önəmi haqda söz açdı. Elə bu məqsədlə adətən çoxlarının önəm vermədiyi səhər yeməyi süfrəsində faydalı məhsullardan hazırlanmış fərqli səhər yeməyi alternativləri təqdim olundu. Qeyd edək ki, İNCƏBELLİ arıqlamağı arzu edən müştərilərinə dietoloq və fərqli idman növləri üzrə məşqlərlə bərabər həm də sağlam yemək çatdırılmasını təqdim edir.
 

 

Qonaqlar mərkəz üzrə kiçik ekskursiyadan sonra, həkim – dietoloq Səidə Qurbanova ilə qızğın və yaddaqalan müzakirəyə keçid aldılar. Ziyafəti maraqlı edən isə təbii ki, tədbir zamanı keçirilən konkurs və təqdim olunan hədiyyələr oldu.

Jurnalımız tədbirdən bəzi yaddaqlan anları Sizinlə də paylaşır.
 
 

İNCƏBELLİ Arıqlama Mərkəzi
Ünvan: AF BUSINESS HOUSE,
5-ci mərtəbə, Nizami küçəsi, 203 B, 

Tel: +994 50 240 90 30
 www.incebelli.az
Facebook: İncebelli
Instagram: incebelli.az

 
 
 















Şərhlər

Menyu