COLLEZİONE İtalia ilə bəyaz mebel streotipini aşın…


 

Bəyaz mebel stereotiplərini unudaq…

 

Əksər xanımlar ağ rəngli mebellərin daha çox təmizlik qayğıları səbəbindən evlərini dizayn edərkən bu seçimi riskli hesab edir .

Bəyaz sehrli rəngdir və o,  ağır mebel əşyasını vizual daha yüngül göstərməyə qadirdir. Elə buna görə də ağ rəngli mebel və aksessuarları rahatlıqla istifadə edə bilərsiniz.

Ağ mebelin interyerdə əsas element kimi tövsiyə olunmasının əsas səbəbi günəş şüalarını gözəl əks etdirmə qabiliyyətidir. Faktlar onu göstərir ki, ağ rəng hətta kiçik evləri belə geniş göstərir və  ağ mebelli ev çox yüklənmiş görünmür.

Zaman dəyişsə də, ağ  mebel interyerdə öz üstünlüyünü saxlayaraq, interyer dəbində öz yerini ən yüksək zirvəsində tutur. Uğurun sirri sadədir. Bu rəngdə olan mebellər çox zərif və dəbli görünür və əlavə olaraq açıq rəng tonları vizual olaraq sahəni genişlədir.

Ağ rənglə müxtəlif rəngləri kombin etmək mümkündür. Ağ mebellərdən hazırlanan dəstin solğun görünməməsi üçün ona pastel rəngli elementlərlə ahəng qatmaq lazımdır.

Zərif çeşidləri ilə daim seçilən COLLEZİONE İtalia bu dəfə bir-birindən dəbli və rahat ağ rəngli mebelləri sizə təqdim edir.

 

BESANA
Besana
şirkəti bazarın dəyişən ehtiyaclarından hər zaman xəbərdardır. Bugün də, keçmişdə olduğu kimi, Besana öz fəlsəfəsini yürütməyə davam edir. Onun fəlsəfəsi – yüksək keyfiyyətli mebel üçün ilk növbədə texnologiyaya diqqət və ənənələrin qorunub saxlanılmasının vacibliyi, həmişə zəmanətli materiallardan istifadə etmək, qanunlara və ekologiyaya hörmətlə yanaşmaqdır.

Şirkətin ən vacib xüsusiyyətlərindən biri, onun ənənələrinə sadiq qalaraq aparıcı şirkət olmasıdır. Besana, həqiqətən, keçmişi qorumaqla yanaşı, həm də gələcəyə baxır.

 
 

CORNELIO CAPPELLINI
Bütün Cornelio Cappellini kolleksiyası dizaynından tutmuş, hazır məhsula qədər İtaliyada istehsal olunur.
İtaliyada uzun zamandır mebel istehsalı ənənələri var və Cornelio Cappellini dünyanın ən mükəmməl mövqeyinə sahib, mebel istehsalının ən qədim mərkəzi olan Brianzanın mərkəzində yerləşir. Şirkət 50 il bundan əvvəl mebel istehsalına başlayan, onun təsisçisi cənab Kornelio Kapellini adını daşıyır.
Uzun illərdir şirkətin fəaliyyəti Avropa mebeli istehsalı idi, amma son illərdə istiqamətini lüks məhsullara yönəltmişdir.

 
 

FLOU
İnnovativ layihələr, şık dizayn və yüksək keyfiyyətli materiallar, cəlbedici elementlər və lüks işləmələr – bütün bunları FlouNatevo, Milanda qarşıda gələn Beynəlxalq Mebel salonu 2017 konfransında təqdim edəcəklər.
1978-ci ildə coşqu ilə qurulan şirkət, ilbəil bu coşğunun artmasıyla fəaliyyətini davam etdirir. Flou növbəti il 40 yaşını qeyd edəcək – şirkətin qurulduğu gündən etibarən 40 il boyunca davam edən müvəffəqiyyət, 4 onillik, hansı ki, kifayət qədər tez keçdi.

 
 

GRILLI
Fratelli Grillinin
olan Grilli şirkəti 1963-cü ildə GiorgioGiovanni Grilli tərəfindən təsis edilmişdir. Öz evlərinin yaxınlığında kiçik bir dükanda fəaliyyətə başlayan iki qardaş, əl işlərinə üstünlük verərək, klassik üslubda mebellər yaradırdı. Onların kiçik dükanları artıq yüksək peşəkarlığa və böyük perspektivlərə malik möhkəm bir təşkilatdır. Onlar indi yeni nəslə, gələcəyə optimist gözüylə baxmaq üçün bir nümunədir.
Grillinin kolleksiyaları mebelin qədim ənənə və tarixiylə sıx bağlıdır. Hər bir dizayner yaradıcılıq prosesində öz intuisiyası ilə hərəkət edir və daha sonra bu fikirlər xammal şəklinə yansıdılır. Nəticə sadəcə mebel deyil, funksional və dəyərli bir sənət əsəridir.

 

40.000 kv/metr ərazidə yerləşən iri miqyaslı məkanı və gözoxşayan konsepsiyası ilə paytaxtımızda ilk olan COLLEZİONE İtalia interyer mərkəzi alıcılarına Avropanın ən unikal mebel brendlərindən ibarət zəngin kolleksiya təqdim etməkdədir. Məkanda “lüks” sinfə məxsus 300-dən çox brend tərəfindən yüksək keyfiyyətə malik İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan mebel və mətbəx nümunələri, santexnika aksessuarı, divar kağızları, parketlər, qapı və pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksessuarlar sərgilənir.

Əfsanəvi mebel brendlərindən əlavə, dünyaca məşhur dizaynerlərin interyer nümunələrinin orijinal formada və bir məkanda təmsil olunması, xüsusən yeni ev sahibi olmağa hazırlaşanlara interyer dünyasındakı tendensiyaları yaxından izləmək imkanı yaradır.

 
 

Ətraflı məlumat üçün:
www.collezioneitalia.az

Ünvan: Akademik H.Əliyev küç, 139 A
Tel: +994 50 228 11 00; +994 12 568 11 00

Instagram: @collezioneitalia
Facebook: Collezione İtalia

 

Şərhlər

Menyu