Baku Street Fashion: Yeni Bulvar | Küçə Dəbi


 

“Zuleykha” jurnalının hər ay mütəmadi olaraq keçirdiyi Baku Street Fashion layihəsi bu dəfə şəhər mərkəzindən bir qədər aralıda, Yeni Bulvar ərazisində baş tutdu. Hər ay Bakımızın fərqli məkanlarında baş tutan layihə bu dəfə tərzləri ilə seçilən dəbsevərləri bu ərazidə toplamaq qərarına gəldi.

Getdikcə daha çox soyumağa başlayan havalar dəbsevərlərin geyim tərzinə də öz təsirini göstərib. İştirakçılar bu dəfə daha çox tünd rənglərə və isti geyimlərə üstünlük veriblər. Təbii ki, hər zaman olduğu kimi, bu dəfə də onlar müxtəlif detallardan istifadə edərək tərzlərinə xüsusi rəng qatıblar.

Xatırladaq ki, jurnalda davamlı keçirilməsi nəzərdə tutulan rubrikada növbəti çəkilişlər zamanı Bakının digər müxtəlif küçələrindən dəbli şəhər sakinlərini sizlərə təqdim etməyə davam edəcəyik. Layihə çərçivəsində şəhərimizin özünə güvənən modabazlarını çəkilişlərdə iştirak etməyə dəvət edirik! Maraqlananlar hello@zuleykha.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərlər.

 

Foto: Aida Çələbili

 
 

Yusif Həmidzadə
Rəssam

 
 

Samirə Sefi
Kurator

Abbas Malikov
Dənizçi

 
 
 

Arifə Nəcəfəliyeva
Keramist rəssam

 
 
 

Rəhimə Kərimova
Bloqer

 
 
 

Dilarə Vəzirova
ZZOR brendinin yaradıcısı

 
 
 

Aysel Şəfizadə
Fotoqraf

 
 

Şərhlər

Menyu