Divar kağızlarında trend. COLLEZİONE İtalia ilə interyeri vizual tamamlayın.


 

Evin interyerinin vizual olaraq tamamlanmasında divar kağızları mühüm yer tutur. Divar kağızları evin daxili divarlarını bəzəmək, otaqların divarlarına xoş görüntü vermək üçün istifadə olunan materiallardır.

Müasir dövrdə hər zövqə və büdcəyə uyğun müxtəlif divar kağızları tapmaq mümkündür. Divar kağızlarının bir çox üstünlüyü var. Üstünlüklərdən ən əsası onların çoxçeşidli dizayna sahib olmasıdır. İşıqlı uşaq otaqlarından tutmuş, ciddi biznes danışıqlarının aparıldığı ofislərə qədər hər yerdə divar kağızlarından istifadə etmək mümkündür.

Həmçinin divar kağızlarının hazırlanma texnikası çox sadədir və hazırlanma zamanı istifadə olunan inqrediyentlər tam təbii olduğuna görə ətraf mühitə heç bir zərər vermir.

COLLEZİONE İtalia-da təqdim olunan məşhur divar kağızları brendlərindən bəzi nümunələri sizin diqqətinizə çatdırırıq.

 

KT EXCLUSIVE
Hi-end
üslubunda divar örtükləri və lüks parçaların istehsalçısı və redaktoru olan KT Exclusive GmbH 1996-cı ildə Almaniyada yaradılmış və bundan sonra beynəlxalq səviyyədə tanınmış bir şirkətə çevrilmişdir. İşinə yaradıcılıq və innovativ şəkildə yanaşan KT Exclusive məhsullarının yüksək səviyyədə istehsalına davam edir.
Şirkət yeni məhsulların inkişaf etdirilməsinə və istehsalına böyük miqdarda sərmayə yatırır və nəticədə hər mövsüm on kolleksiyaya qədər geniş məhsul portfelinə nail olaraq, şirkətə geniş müştəri bazası cəlb edir.
Geniş çeşidli eksklyüziv məhsullarının olmasına baxmayaraq, şirkət yüksək keyfiyyətini əks etdirmək üçün müvafiq sertifikatlaşdırmadan keçmişdir.
KT Exclusive, ekologiya və ətraf mühitə hörmətlə yanaşır və bütün məhsullarında YAŞIL YARPAQ embleminden istifadə edir.

 
 
 

GIARDİNİ WALLCOVERİNGS
Giardini Wallcoverings
, tekstil divar kağızı istehsalında və bazarlamasında peşəkardır. Şirkət 2000-ci ildə bir ailənin yeni üzvü kimi, beynəlxalq investisiyalar, müxtəlif ticarət və sənaye sahələri ilə məşğul olan Giardini Ltd (1872-ci ildə təsis edilmiş) cəmiyyətinin yeni bir bölümü olaraq yaradılıb. Geniş çeşidli qiymətli parçalar, kübar səviyyəli təbii liflər və yüksək səviyyəli istehsalat texnologiyası sayəsində, özünü divar kağızı sahəsində 100% İtaliya istehsalı lüks məhsullarının istehsalçısı səviyyəsinə gətirib çıxarmışdır.
Giardini Wallcoverings, bu gün jakar tekstil divar kağızı sahəsində lider olmağı ilə qürur duyur.

 
 
 

VATOS WALLCOVERİNGS
Vatos Wallcoverings divar kağızı dünyasında yenilikçi olmağı hədəfləyən yeni və gənc bir markadır. Köhnə və yeni texnologiyaları birləşdirərək, “geniş düşünmək” fəlsəfəsi ilə Vatos digər ənənəvi markalardan fərqlənməyə çalışır. Hər bir kolleksiyada hər zaman müxtəlif rəng palitrasında mövcud olan markaya aid orijinal nümunələr var. Vatos su əsaslı mürəkkəblərdən istifadə edərək trafaret və rəqəmsal çap kolleksiyalarına malikdir.

 

40.000 kv/metr ərazidə yerləşən iri miqyaslı məkanı və gözoxşayan konsepsiyası ilə paytaxtımızda ilk olan COLLEZİONE  İtalia interyer mərkəzi alıcılarına Avropanın ən unikal mebel brendlərindən ibarət zəngin kolleksiya təqdim etməkdədir. Məkanda “lüks” sinfə məxsus 300-dən çox brend tərəfindən yüksək keyfiyyətə malik İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan mebel və mətbəx nümunələri, santexnika aksessuarı, divar kağızları, parketlər, qapı və pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksessuarlar sərgilənir.

Əfsanəvi mebel brendlərindən əlavə, dünyaca məşhur dizaynerlərin interyer nümunələrinin orijinal formada və bir məkanda təmsil olunması, xüsusən yeni ev sahibi olmağa hazırlaşanlara interyer dünyasındakı tendensiyaları yaxından izləmək imkanı yaradır.

 
 

Ətraflı məlumat üçün:
www.collezioneitalia.az

Ünvan: Akademik H.Əliyev küç, 139 A
Tel: +994 50 228 11 00; +994 12 568 11 00

Instagram: @collezioneitalia
Facebook: Collezione Italia

 
 
 

 

 

Şərhlər

Menyu