Cici Hadid MESSİKA üçün yeni minimalist zinət əşyalarında


 

Supermodel və dizayner Cici Hadid qlobal brend olan MESSIKA PARIS ilə iş birliyinə başlayarq hər yaşa uyğun şıq kolleksiya yaratdı. Toxunduğu hər şeyi qızıla çevirməyi bacaran model Valeri Messikaya özünün ilk kapsul kolleksiyanı hazırlamaqda yaxından kömək edib. Kolleksiyaya sadə boyunbağı, çoker, qolbaq, sırğa və üzüklər daxildir.

Mən hər kəsin rahatlıqla istifadə edə biləcəyi və istifadə etdiyi zaman özünü gözəl hiss edəcəyi kolleksiya yaratmaq istəyirdim. Gündəlik istifadə üçün az çoxdur, yəni mənim fikrimcə, minimalist zinət əşyaları daha cəlbedicidir. Valeri zinət əşyalarında mənim nə istədiyimi başa düşdü və biz Messikanın prinsiplərindən uzaqlaşmayaraq xəyalımdakı kolleksiyanı yaratdıq.”

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 


 

 

Şərhlər

Menyu