KÜÇƏ DƏBİ | Tokyo Moda Həftəsi


 

Avropa ölkələrində baş tutan moda həftələri estafeti Asiyaya ötürür. Bu il Asiyada keçirilən ilk moda həftəsi Tokyoda baş tutub. Moda həftəsindəki tədbirlər çərçivəsində bütün Asiya dizaynerlərinin dərzilik üslubları nümayiş olunub.

Əlbəttə ki, Yaponiyanın paytaxtında baş tutan moda həftəsi təkcə böyük zallarda keçirilən tədbirlər və podiumlarla məhdudlaşmayıb. Tokyonun bütün dəbsevərləri yaz 2018 kolleksiyalarının nümayiş olunduğu tədbirlərə axın ediblər.

Yaponiya həmişə öz əyləncəli, modern və rəngarəng küçə dəbinə görə fərqlənməyi bacarıb. İnnovativ üslublar baxımından bu il də istisna deyil.

Bu moda həftəsində küçə dəbi lukları arasında ən çox diqqət çəkən müxtəlif dərilər, rəngarəng saxta kürklər, küçədəbi sevərlərin qeyri-adi rəngli saçları, müxtəlif formalı ayaqqabılar və s. oldu.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 

  

Şərhlər

Menyu