ANNA OCTOBER. Klassik geyimlərdə müasir zərafət.


 

ANNA OCTOBER Ukraynada yaranmış qadın geyimləri brendidir. Brendin yaradıcısı Anna gənc xanımların gözəlliyi və qadınsı xüsusiyyətlərindən ilham alaraq rəngarəng geyimlər dizayn edir.

Brendin əsas fərqliliyi 60, 70, 80-ci illərə aid vintaj geyimlərin klassik feminin xüsusiyyətlərini müasir dəblə sintez edərək şıq geyimlər yaratmaqdır.

Dizayner dəb dünyasında müxtəlif silüetlərə uyğun axıcı libasları, geyimlərdə daha çox pastel tonlarda pambıq və ipək parçalardan istifadə etməsi ilə tanınır. Dizaynerin əsas məqsədi rahat və zərif geyimlər yaratmaqdır.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu