Balqabaq eşqi! İNCƏBELLİ dietoloqu Saida Qurbanova mövsüm menyusu tövsiyyə edir.


 

Fəsillər dəyişdikcə, gündəlik yemək menyumuza daxil olan qidalar da dəyişir. Payız fəsli dedikdə, hər kəsin ağlına saralmış yarpaqlar, tutqun, günəşsiz keçən hava şəraiti gəlir.

Bu fəslin favorit dadı isə uşaqlıqda çoxlarımızın sevmədiyi balqabaqdır.

Bir çox faydalı xüsusiyyətlərinə görə tanınan bu tərəvəz, həmçinin arıqlama prossesində də əvəzsiz rol oynayır.

Balqabaq A, E, C, D vitaminləri ilə, həmçinin dəmir, sink, kalsium, folik turşusu kimi maddələrlə zəngindir. Bununla yanaşı balqabağın tərkibində T vitamini var ki, bu da metobolizmi əhəmiyyətli dərəcədə sürətləndirir, yağların əridilməsinə, əzələ kütləsinin artırılmasına kömək edir.

Mövsüm tərəvəzi balqabağın bu və digər faydalı faktlarını nəzərə alaraq, İNCƏBELLİ Dietologiya və Fitness Mərkəzinin peşəkar həkim- dietoloqu Səidə Qurbanova onu gündəlik menyumuza tətbiq etməyin bir neçə yolunu tövsiyyə edir.
Tövsiyyələr isə reseptləri məhz mərkəzə aid olub, ünvanlara çatdırılan dietik yemək planına əsaslanır. Unikal resept əsasında hazırlanan bu yeməklər hər zaman mövsüm qida məhsullarını nəzərə alır və orqanizmin daha bol vitaminlər qəbul etməsi üçün gündəlik rasiona əlavə edir.

 


Səidə Qurbanova
Həkim- dietoloq

 

Pəhriz lifləri arıqlamaq istəyənlər üçün iki səbəbə görə önəmlidir.

Balqabağı çəki itirilməsi üçün ideal edən əsas səbəb onun kalorisinin az olması, həmçinin tərkibindəki pəhriz lifi nisbətinin çox olmasıdır. Birincisi, pəhriz lifi nisbəti yüksək olan qidalar həzm sürətini yavaşladır və mədədə daha uzun müddət qalaraq aclıq hissini azaldır. İkinci səbəb isə odur ki, bu qidalar bədənin şəkər və qlükozanı udma sürətini yavaşladır, bu isə öz növbəsində qan şəkəri səviyyəsinin sabit saxlanılmasına xidmət edir. Pəhrizdə olanlar üçün qan şəkərini normal səviyyədə saxlamaq çox əhəmiyyətlidir.

Bir çox xanımın sevimlisinə çevrilmiş İNCƏBELLİ  Dietologiya və Fitness Mərkəzinin xidmətlərinə gündəlik dietik yemək çatdırılmasının daxil olduğu artıq hamıya məlumdur. Bir-birindən ləzzətli yeməklərin daxil olduğu yemək paketləri hər səhər istənilən ünvana çatdırılır. Hər bir müştəriyə fərdi yanaşan İNCƏBELLİ arıqlama mərkəzi gündəlik pəhriz menyularını hazırlayarkən hər bir şəxsin ağız dadını və fərdi xüsusiyyətlərini nəzərə almaqla yanaşı, həmçinin yaşanan fəslin özünəməxsus meyvə və tərəvəzlərini də diqqət mərkəzində saxlayaraq onlardan həm dietik, həm də dadlı yeməklər hazırlayır.

 

Düyü sıyığı

İNCƏBELLİ Dietologiya və Fitness Mərkəzi tərəfindən hazırlanan, bal və buxara verilmiş balqabaq ilə servis edilən düyü sıyığı səhər yeməyi üçün idealdır.

 

Balqabaq şorbası

Balqabaq və təravətli göyərtilərdən hazırlanmış ləzzətli şorbanı xüsusilə günorta yemək tövsiyə olunur.

 

Salat

Əlbəttə ki, gündəlik rasionu salatsız təsəvvür etmək olmaz.
Əsas inqrediyentləri balqabaq və qoz olan bu salat həm günorta, həm də şam yeməyi üçün nəzərdə tutulub.

 

Əsas yemək

Pəhrizdə olsaq belə protein ehtiyatının qarşılanması üçün gündəlik menyuya ət yeməklərinin əlavə olunması mütləqdir. Balqabaq, ət və yerkökü ilə hazırlanmış bu yeməyi menyunuza əlavə etməklə həm protein ehtiyacınızı qarşılayacaq, həm də mövsümün ən ləzzətli tərəvəzini dadmış olacaqsınız.

 

Smuzi

İNCƏBELLİ -nin gündəlik menyusuna əsas yeməklərlə yanaşı qəlyənaltılar da daxildir.

Gün ərzində aclıq hissini aradan qaldırmaq üçün armud, alma və balqabaqdan hazırlanmış smuzi içmək tövsiyə olunur.

 

Baqabaqlı keks

İNCƏBELLİ Dietologiya və Fitness Mərkəzinin arıqlamağın ləzzətli yolunu təklif etməsi hər kəsə məlumdur. Buna görə də, biz onun menyusunu ləzzətli desertlər olmadan təsəvvür edə bilmərik. Mövsümə uyğun olaraq hazırlanmış balqabaqlı keksin əsasən günün birici yarısında yeyilməsi məsləhətlidir.

 

Hazırladı: Şəbnəm Ramazanlı
Foto: Vüqar Qasımov

Ətraflı məlumat üçün:
www.incebelli.az
Facebook: İncebelli
Instagram: incebelli.az
Ünvan: AF BUSINESS HOUSE, 5-ci mərtəbə, Nizami küçəsi, 203 B,
Tel: +994 50 240 90 30
e-mail: office@incebelli.az

 

 

Şərhlər

Menyu