TİBİ brendi retro elemetləri hər zaman aktual hesab edir.


 

TİBİ brendinin yaradıcısı olan Emi Smiloviç əlində rəsm dəftəri və karandaşla kiçik bir adada böyüyüb. Rahat ada həyatı, hər ikisi rəssam olan yaradıcı valideynlər onun dizaynerlik bacarıqlarına öz təsirini göstərib.

Emi hər zaman müxtəlif aksessuar və geyim parçalarından istifadə edərək, qüsursuz luklar yaratmağa çalışıb.

O, 1997-ci ildə həyat yoldaşı ilə birgə Honkonqa köçür və burada həmişə xəyalını qurduğu brendini yaratmaq qərarına gəlir.

Eminin şıq və rahat dəbi əsasını qoyduğu TİBİ brendinin təməlini təşkil edir.

“ Mən printləri və təzadlı kombinasiyaları, sadə və modern parçaları sevirəm. Dəbi, yüksək keyfiyyətli məhsullardan hazırlanmış hər şeyi sevirəm. Fikirləşirəm ki, heçnə uzun libasla alçaq ayaqqabı geyinmiş qadından daha cazibədar ola bilməz. Öz şəxsi keyfiyyətlərini geyim tərzində əks etdirən insanları görmək məni məmnun edir”.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

 

Şərhlər

Menyu