Aplikasiyalı damalar. RAHUL MİŞRA Payız-Qış 2017.


 

Hindistanda kifayət qədər məşhur olan Rahul Mişra, Istituto Marangoni dəb məktəbində təqaüd qazanan ilk qeyri-avropalı dizaynerdir.

Dizayner hər zaman hind sənətkarlıq irsinin gündən-günə dəyişən qlobal dəb dünyasına inteqrasiya etməsinə çalışıb.

Bütün kolleksiyalarında olduğu kimi onun Payız-Qış 2017 kolleksiyası da maraqla qarşılanıb. Kolleksiyada əsas diqqət çəkən məqam geyimlərdəki müxtəlif naxışların əl ilə sənətkarlar tərəfindən hazırlanmasıdır.

İdman üslubunda olan kardiqanlar və paltolar tüllərlə hərəkətlilik qazanmış qatlı və uzun libasların üstünlük təşkil etdiyi kolleksiyanın həddən artıq qadınsı olmasının qarşısını alıb.

Geyimlərdə həmçinin müxtəlif printlərdən, əl ilə işlənmiş çiçək naxışlarından və mövsümün əsas trendlərindən olan damalı parçadan geniş istifadə olunub.

“İnfinity (Sonsuzluq)” adlanan Payız-Qış 2017 kolleksiyasının təqdimatında Rahul bu geyimlərin ərsəyə gəlməsində onun dizaynlarını yüksək bacarıqla, həmçinin bütün xırdalıqlarına qədər dəqiqliklə yaradan dərzilərin rolunu xüsusilə vurğulayıb.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

  

Şərhlər

Menyu