Kontraslı printlər. MERİ KATRONZU.

 

Meri Katronzu çox tez bir zamanda öz hiper-real printləri ilə dəb dünyasında şöhrət qazandı.

1983-cü ildə anadan olan dizayner memarlıq üzrə təhsil alsa da, dəbə olan marağı onu bu sahəyə yönəltdi.  Dizaynları kifayət qədər insan tərəfindən sevilsə də, Meri heç vaxt öz brendini yaratmaq istəmədiyini bildirir. Onun ilk debüt geyim kolleksiyası 2008-ci ildə London Moda Həftəsi çərçivəsində nümayiş olunub.

Onun memar keçmişi hazırladığı geyimlərin cizgilərində də öz əksini tapır.

Merinin keçid payız kolleksiyası həmişə olduğu kimi yenə də qeyri-adi printlərinə, rənglərin və naxışların bolluğuna görə diqqət cəlb edir. Oyun kartlarında ilham alınaraq yaradılmış bu printlər dizaynerin qeyri-adi tərzini aşkar edir.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

Şərhlər

Menyu