Payız fəsli üçün manikür ideyaları


 

Manikürlərdə bir rəng dırnaq boyasından istifadə heç vaxt dəbdən düşməyən bir trenddir. Bəs nə vaxtsa sərhədlərinizdən kənara çıxmaq və dırnaqlarınızda alışmadığınız naxışlardan istifadə etmək barədə düşünmüsünüzmü?

Möhtəşəm modellər, şüşəsində heç də cəlbedici görünməyən dırnaq boyalarının əslində necə zərif olduğunu göstərən naxışlar, xırda, sadə bir detalla tamamilə dəyişən dırnaqlar ilk gördüyünüzdə sizi heyrətləndirə bilər.

 

1. QIVRIMLAR

İncə uclu dırnaq boyası ilə bu manikürü etmək əslində çox asandır. Dırnağınızda rəngsiz qat çəkdikdən sonra sizə lazım olan tək şey titrəməyən əllərdir.

 
 
 

2. MÜASİR İNCƏSƏNƏT

Həm fərqli, həm də diqqət çəkən tərz yaratmaq istəyənlər rahatlıqla bu ideyadan istifadə edə bilərlər. Bütün dırnaqlarınıza istədiyiniz rəngdə dırnaq boyasını çəkib, daha sonra həmin rəngə uyğun tonlarda cızıqlar çəkərək fərqli görünüş əldə edə bilərsiniz.

 
 
 

3. PASTEL RƏNGLƏR

Bu xüsusilə pastel rənglərin vurğunu olan xanımlar üçün idealdır. Bütün dırnaqlara eyni və ya iki müxtəlif rəngli pastel boya çəkə, üzük barmaqda isə zərli dırnaq boyasından istifadə edə bilərsiniz.

 
 
 

4. MİNİMALİZM

Az olan çoxdur ideyasına inananlardansınızsa bu fikir tam sizə uyğundur. Dırnağınıza açıq rəngli boya çəkdikdən sonra üzərinə digər rəngli dırnaq boyası ilə minimalist naxışlar əlavə edə bilərsiniz.

 
 
 

5. QRAFİK DİZAYNLAR

Qrafik dizaynları tablolarda görməyi demək olar ki, hər kəs sevir. Bəs bunu dırnaqlarınızda sınamağı heç düşünmüsünüzmü?

 
 
 

6. CİZGİ FİLMİ

İçindəki uşaq ruhunu üzə çıxarmaq və tutqun payız günlərinə rəng qatmaq istəyən xanımlar  bu rəngarəng manikür fikirlərindən istifadə edə bilərlər.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 
 

Şərhlər

Menyu