Top saç kəsimləri. Payız trendləri.


 

Gözəllik hələ qədim zamanlardan insanlığın ən zəif nöqtələrindən bir olmuşdur. Buna görə də, yüz illərdir ki, insanlar, xüsusilə qadınlar daha gözəl görünmək üçün əllərindən gələni edirlər.

Gözəlliyin önəmli simvollarından bir olan saçlar hərkəsin həyatında mühüm yer tutur. Çünki gözəl və sağlam saçlar insana özgüvən verir, onun daha da cəlbedici olmasını təmin edir. Hətta saç formaları insanların sənətləri və sosial vəziyyətləri ilə bağlı ipucu da verə bilər.

Hər mövsümdə fərqli saç kəsimləri və formalı trendə çevrilir. Bəs bu payızın trend saç kesimləri hansılardır?

 

QATLI DÜZ KƏSİM

Nazik saçlara sahib olan xanımlar bu saç kəsimindən arxayın ola bilərlər. Aşağıları düz, yuxarıları isə qatlı olan saçlar daha həcimli görünəcək.

 
 
 

“ROCK STAR PİXİE” KƏSİMİ

Son zamanlar məşhurlar tərəfindən tez-tez istifadə olunan bu saç kəsimi bir qədər dalğalı saçlara sahib olan xanımlar üçün idealdır. Beləki, az miqdarda sprey və ya saç kremi istifadə edərək istədiyiniz görüntünü əldə edə bilərsiniz.

 
 
 

MİDİ BOB KƏSİMİ

Çiyinlərdən bir qədər yuxarıda qalan qatlı bob kəsimi bu payızın saç trendləri arasında ön sıralarda yer alır. Demək olar ki, bütün üz formaları üçün ideal olan midi bob kəsimi qalın və təbii dalğalarla olduqca modern görünüş qazana bilər.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu