KÜÇƏ DƏBİ | Paris Moda Həftəsi


 

Bahar 2018 kolleksiyalarına həsr olunmuş moda həftələri son anlarını yaşadığına görə, küçə dəbi artıq sizi bir qədər yora bilər. Lakin hər zaman ən yaxşıların bir araya gəldiyi Paris Moda Həftəsi, bütün yorğunluğunuzu aradan qaldıracaq.

Paris Moda Həftəsi yenə bir-birindən fərqli küçə dəbi lukları ilə yadda qaldı. Küçə stillərinə nəzər salsaq artıq neçə illərdir ki, trend rəng hesab olunan çəhrayının öz yerini yavaş-yavaş sarının müxtəlif tonlarına verdiyini görə bilərik.

Həmçinin növbəti mövsümlərdə beretlərin qarderoblarda mühüm yerini tutacağını demək olar.

Təzadlı rənglərin, printlərin və naxışların bir araya gəldiyi qüsursuz geyimlər bu moda həftəsində də göz oxşayırdı.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 


 

 

 

Şərhlər

Menyu