Evinizin interyerinə istilik qatacaq xalçalar


 

Ev interyerinin ayrılmaz parçalarından  olan xalçalar evin dizaynını tamamlayır , onun üstündə gəzənlərə, oturanlara hətta bəzən uzananlara istilik və rahatlıq verir.

Xalça sərilmiş evlərin havasının digərlərinə nisbətən daha təmiz olduğu güman olunur. Çünki xalça filtr rolunu oynayaraq havada olan toz və digər zərrəcikləri içinə hopdurur və xalça təmizlənənə qədər içində saxlayır.
Həmçinin bəzi nüanslar vardır ki, bu xalçadan istifadəni vacib edir.

 

Eyni stildə və ya rəngdə olan xalçalardan istifadə etməklə siz iki qonşu otağı vizual olaraq birləşdirə və daha geniş görüntü əldə edə bilərsiniz. Bu xüsusilə kiçik otaqlar üçün tövsiyə olunur.
Xalçalar xüsusilə parket və ya taxta döşənmiş evlərdə səsi udmağa kömək edir. Əgər siz hündür mərtəbəli binada yaşayırsınızsa xalçadan istifadə etməyiniz mütləqdir.

 
 

Xalçalar hər zaman sənət əsəri hesab olunub, bu sənət əsərlərini divardan asaraq otağınıza qeyri-adi görünüş bəxş edə, həmçinin səsin udulmasını təmin edə bilərsiniz.

 
 

Əgər sizin otağınız çox böyükdürsə, mebelləriniz dənizdə itmiş gəmi kimi görünə bilər. Bunun qarşısını almaq üçün ən ideal üsul xalçalardan istifadə etməkdir.

 
 

Evinizin interyerində öz şən xarakterinizi əks etdirmək üçün əlvan rəngli və müxtəlif printli xalçalardan istifadə edə bilərsiniz.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu