Çiçək printləri bəyaz gəlinlik libasının yeni trendi oldu.


 

Ən çətin qərarlardan hesab olunan gəlinlik seçimi, xəyallarımızı bəzəyən və ən xüsusi gecədə mükəmməl görünməyimizi təmin edən modeli tapana qədər davam edir. Romantizm simvolu hesab olunan çiçək naxışları ilə bəzənmiş və rəngarəng işləmələri ilə diqqət çəkən gəlinliklər, bu ilin trendləri arasında xüsusi yer tutur.

Həyatının önəmli dönüş nöqtəsi olan toy günündə gəlinliyin üzərindəki dağınıq və  rəngli çiçəklər gəlinin həyacanlı qəlbini isitməyə kömək edir.

Gəlinliklərin üzərində sadə və ya ekzotik çiçəklər, basma və ya həcmli naxışlar kimi detallardan istifadə edərək romantik görüntü əldə etmək mümkündür. Xüsusilə, ətək hissədə istifadə olunan  3D çiçək dizaynı gəlinliklərə çox zərif bir hava qatır. Çiçəkli gəlinliklərdə daha çox pastel rənglərdən istifadə etmək, həmçinin seçilmiş aksessuarların rənglərlə harmoniya yaratdığına xüsusi diqqət yetirmək tövsiyyə olunur.

 

Hazırladı: Nazlım Veyisova

 
 

 

 

 

Şərhlər

Menyu