Hər gün yeni foto! BRUK DİDONATONUN “365 gün” layihəsi.


 

Uşaq yaşlarından rəssam olmağı arzulayan Bruk Didonato valideynlərinin etirazı nəticəsində bu arzusundan əl çəkməli olur. Valideynlərinin “Rəssamlar yalnız öldükdən sonra pul qazanır” fikri onu bu yoldan uzaqlaşdırsa da, Bruk fotojurnalistika sahəsində təhsil almağa qərar verir.

Öz şəkillərindən heç vaxt razı qalmayan Bruk “365 gün” layihəsini başlayaraq, hər gün daha fərqli fotolar çəkməyə qərar verir. O, düşünür ki, hər gün bir yeni foto çəkməklə özünü daha çox təkmilləşdirə bilər. Bu layihənin başlaması ilə onun karyerası çiçəklənmə dövrünü yaşamağa başladı.

Onun fotolarındakı minimalist estetika və patel rəngli naxışlar izləyənləri özünə heyran edir. Fotoqraf bildirir ki, onun fotolarındakı yerlər real, fotolardakı obrazlar isə təxəyyülünün məhsuludur.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

Şərhlər

Menyu