“COLLEZİONE İtalia”-dan övladlarınızın sehirli dünyasını tamamlayan mebel və aksessuarlar.


 

Uşaqlar oynayaraq, yataraq, öz təxəyyül dünyalarında kəşflər edərək vaxtlarının çoxunu otaqlarında keçirirlər. Günün çox hissəsi burada keçdiyinə görə hər bir uşağın otağı onun xarakterik xüsusiyyətlərini əks etdirməlidir.

Uşaqlar çox sürətlə böyüdüyünə görə onların otaqlarını dizayn etmək həqiqətən çətin problemə çevrilə bilər. Lakin dizayna başlayarkən ilk diqqət yetirilməli olan məqam uşaqların maraqları və hobbiləridir. Buna görə də, uşaq otağını dizayn edərkən ilk öncə uşaqla danışmaq və onun bu barədə fikrini öyrənmək lazımdır.

Zövqlər müxtəlif olsa da, mütəxəssislərin fikrincə uşaq otağının divarlarında açıq rənglərdən istifadə olunmalı və otaq geniş pəncərələrdən çoxlu təbii işıq qəbul etməlidir. Otaqlara lampa, müxtəlif rəngli yastıqlar, rəflər və s. kiçik detallar əlavə edərək onu daha rəngarəng və əyləncəli hala gətirmək mümkündür.

Həmçinin uşaq otağı onun rahat oynaması və oyuncaqlarının rahatlıqla yerləşməsi üçün kifayət qədər geniş olmalıdır. Otağın divarlarında saatdan istifadə etmək və rəflərə rəngərəng, maraqlı şəkillərlə zəngin kitablar yerləşdirmək də tövsiyə olunan fikirlər arasındadır. Beləki, saatın olması uşaqlara kiçik yaşlarından zaman anlayışını, kitablar isə mütaliənin faydalarını aşılayacaq.

Uşaq otağının dizaynına qərar verə bilməyən valideynlər COLLEZİONE İtalianın təklif etdiyi dünyanın müxtəlif məşhur brendlərinə məxsus mebellərdən istifadə edərək övladlarının xəyallarındakı sehrli dünyanı yarada bilərlər.

 


 

SAVİO FİRMİNO

Bütün bunlar 1941-ci ildə Florensiyanın tarixi mərkəzindəki, Firmino Savio tərəfindən yaradılmış kiçik bir atelyedə başlamışdır. Bugün Savio Firmino klassik üslubuna görə bütün dünyada təqdir olunur. Detallara yüksək diqqət sənətkarlıq ənənəsinə doğma xüsusiyyətdir. İnnovativ həllər üçün daimi araşdırmalar, mebel sənayesində peşəkarların bacarıqlı işi, bu bir neçə element Savio Firmino məhsulunu unikal edir. Savio Firmino dizaynı Dirçəliş və Humanizm ənənələrinin əsasında yaranır. Onun fəlsəfəsi təbiətin və formaların harmoniyası üzərində qurulub. Bununla yanaşı, klassik ənənələri yenidən dərk etmək müasir həyatın tələblərini əks etdirir. Savio Firmino məhsulları heç bir vaxt təkrarlanmır. Fəaliyyətinə ənənəylə başlayan şirkət həmişə rahatlıq və keyfiyyətin ən yüksək gözləntilərini təmin etmək üçün yenilikçi həllər axtarır.

 


 

EBANİSTERİA BACCİ

Ebanisteria Bacci, Perignano (Pisa) ərazisində yerləşir və elit uşaq yataq otağı ilə məşhur olan bir şirkətdir. Qiymətli xammal, sənətkarlıq keyfiyyəti və bilikləriylə İtaliya mükəmməlliyini dünyada təmsil edir. Hər bir ağac parçası müstəsna və təkrarolunmaz sənət əsərini əks etdirir.
Ebanisteria markasının adı ağac ənənəsi və mədəniyyəti, dekorasiyada əl işinin dəyərindən bəhs edir. Ebanisteria Bacci fabrikasında istehsal olunan hər bir parça əl işi olduğuna görə, o, həm də unikaldır.

 
 

40.000 kv/metr ərazidə yerləşən iri miqyaslı məkanı və gözoxşayan konsepsiyası ilə paytaxtımızda ilk olan  COLLEZİONE İtalia interyer mərkəzi alıcılarına Avropanın ən unikal mebel brendlərindən ibarət zəngin kolleksiya təqdim etməkdədir. Məkanda “lüks” sinfə məxsus 300-dən çox brend tərəfindən yüksək keyfiyyətə malik İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan mebel və mətbəx nümunələri, santexnika aksessuarı, divar kağızları, parketlər, qapı və pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksessuarlar sərgilənir.

Əfsanəvi mebel brendlərindən əlavə, dünyaca məşhur dizaynerlərin interyer nümunələrinin orijinal formada və bir məkanda təmsil olunması, xüsusən yeni ev sahibi olmağa hazırlaşanlara interyer dünyasındakı tendensiyaları yaxından izləmək imkanı yaradır.

 

Ətraflı məlumat üçün:
www.collezioneitalia.az

Ünvan: Akademik H.Əliyev küç, 139 A
Tel: +994 50 228 11 00; +994 12 568 11 00

Instagram: @collezioneitalia
Facebook: Collezione Italia

 
 

 

 

Şərhlər

Menyu