DİANA KOTB. Öz qarderobunu seçməkdə çətinlik çəkən dizaynerin brendi.


 

Uşaq yaşlarından ən yaxşı dərzilər və onun üçün hər tədbirdə fərqli geyim hazırlayan ananın əhatəsində olduğu üçün Diana Kotbun dəb sahəsinə maraq salması qaçılmaz idi.

Dəb sahəsində təhsili başa vurduqdan sonra Diana 10 il ərzində Avstraliyanın ən qabaqcıl dəb  dizaynerləri, həmçinin ölkənin bir nömrəli jurnalı olan Marie Claire ilə çalışıb.

Marie Claire jurnalında işləmək həyatımın ən yaxşı təcrübələrindən biridir. Bununla mən ölkənin ən qabaqcıl stilistləri və redaktorları ilə işləmək şansı qazandım. Jurnalda çalışan zaman mən dəb sahəsi ilə yaxından maraqlanırdım. Hicablı müsəlman qadın kimi özümə uyğun dəbli, keyfiyyətli geyimlər tapmaqda çox çətinlik çəkirdim. Buna görə də DİANA KOTB brendini yaratmaq və hicablı xanımların işini asanlaşdırmaq qərarına gəldim.”

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

Şərhlər

Menyu