Dəbdəbəli süfrə. COLLEZİONE İtalia ilə məşhur dünya brendlərindən süfrənizə incə toxunuş.


 

Hər xalqın özünəməxsus süfrə adətləri olduğu kimi, hər ailənin də öz həyat tərzinə uyğunlaşmış süfrəsi olur.  Şübhəsiz ki, süfrənin gözəl şəkildə qurulması yemək zamanı əhval-ruhiyyəyə müsbət təsir edir.

Xanımların özləri kimi mətbəxləri də rəngarəng olur. Kimisi sağlam qidalanmaya, kimisi qarışıq mətbəxlərə üstünlük verir. Lakin etiraf etmək lazımdır ki, qadının istənilən dadlı yeməyi bişirmək qədər, həm də onu təqdim etmək bacarığı önəmlidir.

Süfrələrinə xüsusi dizayn verməyi, çəngəl-bıçağın xüsusi süfrə etiketi qaydalarına görə düzülməsinə diqqət edən xanımlar mətbəxlərində fərqli brendlərin qablarını istifadə etməyi sevir. Belə ki, çox kiçik toxunuşlar etməklə yemək zamanı tamamilə fərqli atmosfer yaratmaq mümkündür. Məsələn, süfrədə otağın dizaynına uyğun və ya yaşadığınız fəslə uyğun elementlərdən istifadə tövsiyə olunur.

Əfsanəvi mebel brendlərindən əlavə, dünyaca məşhur dizaynerlərin interyer nümunələrinin nümayiş olunduğu  COLLEZİONE İtalia süfrəsində iştahaçan görüntü yaratmaq və fərqli süfrə keyfi qatmaq istəyənlər üçün bir-birindən zərif, hər zövqə uyğun qab-qacaq dəstləri təklif edir.

 


 

ROYAL CROWN DERBY

Lüks, funksional və dekorativ qablar, hədiyyəlik dəstlərin istehsalçısı olan Royal Crown Derby İngiltərənin Derbi şəhərindəki Osmaston Works fabrikasında işləyən, yüksək peşəkarların əl işləri ilə dünyada məşhurdur.
Diqqətini dizaynın yeni, innovativ bəzək və formalarına yönəldən şirkət, irslərindən və əcdadlarından ilham alaraq, öz britaniyalı ruhunu məhsullarla ifadə edir və gələcəkdə Royal Crown Derby xəzinəsi yaratmaq üçün nəfis xaliqələr ərsəyə gətirməyə davam edir.
 
 
 


 

KÖNİGLİCH TETTAU

Königlich TettauBavariyanın ən qədim çini fabrikası 1794-cü ildə, Böyük Aleksandr von Humboltun təşəbbüsü ilə təsis edilmişdir. ACHAT Diamant – məxməri bir parıltı ilə başlar, isti, qaymaq çalarlı sonluqla bitər. ACHAT çini məhsulları “Königlich Tettau”dan “Diamant”-ın yeni çeşidləri ilk dəfə dünya şöhrətli rəssam Mads Stage motivləri ilə bəzədilmişdir. Bu brendin məhsullarını bir cümlə ilə təsvir etmək olar. İstənilən səbəb üçün cənnətdə hazırlanan məhsul…

 
 
 

40.000 kv/metr ərazidə yerləşən iri miqyaslı məkanı və gözoxşayan konsepsiyası ilə paytaxtımızda ilk olan  COLLEZİONE İtalia interyer mərkəzi alıcılarına Avropanın ən unikal mebel brendlərindən ibarət zəngin kolleksiya təqdim etməkdədir. Məkanda “lüks” sinfə məxsus 300-dən çox brend tərəfindən yüksək keyfiyyətə malik İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan mebel və mətbəx nümunələri, santexnika aksessuarı, divar kağızları, parketlər, qapı və pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksessuarlar sərgilənir.

Əfsanəvi mebel brendlərindən əlavə, dünyaca məşhur dizaynerlərin interyer nümunələrinin orijinal formada və bir məkanda təmsil olunması, xüsusən yeni ev sahibi olmağa hazırlaşanlara interyer dünyasındakı tendensiyaları yaxından izləmək imkanı yaradır.

Ətraflı məlumat üçün:
www.collezioneitalia.az

Ünvan: Akademik H.Əliyev küç, 139 A
Tel: +994 50 228 11 00; +994 12 568 11 00

Instagram: @collezioneitalia
Facebook: Collezione Italia

 
 
 

 

 

 

Şərhlər

Menyu