Rəngarəng oyun çadırları. Uşaqların gizli dünyası.

 

Siz də azyaşlı uşaqlarınızın telefon və ya kompüterlə çox zaman keçirməsindən şikayətlənirsiniz?

Texnologiyanın sürətli inkişafı insan həyatını asanlaşdırsa da, onun mənfi təsirləri də çoxdur. Əgər fikir versək müasir dövrdə azyaşlı uşaqların öz yaşıdları ilə oynamaqdansa, mobil telefonlar kimi texnoloji avadanlıqlarla həddən artıq vaxt keçirməyə həvəsli olduqlarını görə bilərik.

Bunun qarşısını almaq üçün analar övladları üçün maraqlı, öz dünyalarını yarada biləcəkləri və onların diqqətini çəkəcək oyun mühiti yaratmalıdırlar.

Ev, maşın, raket və s. formalarında olan və ya müxtəlif cizgi filmlərinin printləri ilə bəzədilmiş oyun çadırları müasir anaların ideal seçimidir.

Həm evdə, həm də evin bağçasında istifadə üçün yararlı olan bu çadırlar uşaqlarınızın əyləncəli və səmərəli vaxt keçirməsinə şərait yaradacaq.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu