KÜÇƏ DƏBİ | Milan Moda Həftəsi


 

Dünyaca məşhur dizaynerlərin, müxtəlif üslubların, dəb sevərlərin bir araya gəldiyi moda həftəsi,  növbəti dəfə Milanda baş tutdu.

Hər bir şəhərin özünəməxsus və fərqli estetikası olduğuna görə, moda həftələrinin küçə dəbini izləmək insanı bezdirmir.
Nyu-York gündəlik, rahat geyimləri, London isə təzadlı stilləri bir araya gətirməsi ilə yadda qaldı. Milan moda həftəsinə isə GUCCİ brendi öz damğasını vurdu.

Brendin məşhur qırmızı, yaşıl zolaqları, naxışlı mokasinləri, rəngarəng libasları bir şəhərdə eyni brendin necə hakim ola biləcəyini bizə xatırlatdı.

Ümumilikdə bu moda həftəsində də çiçək printli əlvan rəngli donlar, müxtəlif formalı aksessuarlar və metal rəngli qat-qat ətəklər üstünlük təşkil edirdi.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu